“Kreml Nikol Paşinyanı üzdə “tanıyır”, lakin kulislərdə onun mövqeyini zəiflətməyə çalışır”.
Publika.az xəbər verir ki, bu barədə məşhur amerikalı politoloq Pol Qobl deyib.
P. Qobl qeyd edib ki, Paşinyan Moskva üçün münasib deyil.
“Çünki Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanı Rusiyadan uzaqlaşdıracaq. Lakin Kreml etirazçıları yatırmaq üçün birbaşa hücum etməyəcək. Daha effektli olması üçün yeni hökuməti devirəcək. Görünür, Putin Ukraynadan dərs çıxarıb”, - deyə o bildirib.Qeyd edək ki, P. Qobl 1990-cı illərdə ABŞ dövlət katibinin xüsusi müşaviri olub və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair “Qobl planı” kimi məşhurlaşan təkliflər irəli sürüb.
Asif