Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İsrail 28 qırıcı ilə hücum etdi – Detallar açıqlandı

10-05-2018, 14:26   

 


   
Suriya ərazisində keçirilən əməliyyatlarda İsrailə məxsus 28 ədəd F-15 və F-16 qırıcıları iştirak edib.
Axar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi İsrail aviasiyasının Suriyadakı hədəflərə 60 raket zərbəsi endirdiyini, qurudakı birləşmələrin isə 10-dan çox raketlə hücuma dəstək verdiyini açıqlayıb.
Suriyanın hava hücumundan müdafiə sistemləri İsrailin atdığı raketlərin yarıdan çoxunu zərərsizləşdirməyə müvəffəq olub.
“Frans Press” agentliyinin məlumatına görə, İsrailin hücumu zamanı 23 rejim əsgəri öldürülüb.
Qeyd edək ki, İranın Qüds briqadasının Qolan təpələrinə raketlə vurmasına cavab olaraq İsrail böyük əməliyyat keçirib. Əməliyyat zamanı İranın Suriyadakı bütün bazalarının məhv edildiyi açıqlanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar