28 may – Azərbaycan Demokratik Cumhuriyyətinin 100 illik yubleyi münasibətilə əfv fərmanı veriləcək.
Bu barədə Cebhe.info-ya Əfv Məsələləri Komissiyasının üzvü, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev açıqlama verib.
Onun sözlərinə görə, əfv komissiyasının iclasları davam edir və müraciətlərə baxılır. Komissiyaya 1000-dən artıq müraciət daxil olub və onlara mərhələli şəkildə baxılır:
“Daxil olan müraciətlərin hamısına baxılana qədər iclaslar davam edəcək. Artıq yarısından çoxuna baxılıb”.
Qeyd edək ki, müstəqillik əldə etdikdən indiyədək imzalanmış əfv sərancamlarının nəticəsində 7 mindən artıq şəxs cəzadan azad edilib, yaxud müddətli cəza ilə əvəzlənib.
Xatirə
Cebhe.info