Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İsrail və İran qarşıdurması – tərəflər nə qədər irəli gedə bilər?

12-05-2018, 17:51   


Qərb mətbuatı eskalasiyanın təhlükəli ölçülərə çatmayacağını yazır

Bu həftənin İsrail diplomatiyası üçün uğurlu sayıldığını söyləmək olar.

Belə ki, öncə ABŞ prezidenti Donald Tramp İranla imzalanan nüvə sazişindən çıxdığını bəyan etdi.

Daha sonra İsrail baş naziri Benyamin Netanyahu mayın 9-da hərbi paradda iştirak etmək üçün getdiyi Rusiyadan əliboş qayıtmadı. Mətbuatda yazılana görə, Putin ona Suriyaya S-300 raket kompleksilərinin satılmayacağına dair söz verib.

Qərb məbuatı İsrailin bundan ürəklənərək İranın Suriyadakı hərbi bazalarını vurduğunu yazır.

Isrialin müdaiə naziri ölkəsinin hərbi təyyarələrinin İranın Suriyadakı hərbi infrastrukturunu məhv etdiyini bəyan edib.
Iran isə İsrail tərəfindən işğal altında tutulan Golan təpələrinə 20 raket atıb.

“İsrail özünü olduqca ürəkli aparır. Burada Suriyanın ən yaxın müttəfiqi Rusiyanın da hadisələrə dözümlə yanaşmasının rolu var,”, - “The New York Times” qəzeti yazır.

Qəzetin iddiasına görə, Suriyada müharibə başa çatdığı bir dövrdə Rusiya və İranın bu ölkənin gələcək taleyi ilə bağlı baxışları arasında ziddiyyətlər artmaqda davam edir. Belə ki, Suriyada güclü, mərkəzləşmiş, dünyəvi dövlət bərqərar olmasını arzulayan Moskvadan fərqli olaraq, İran burada ona tabe olan hərbi qrupların daha sərbəst hərəkət etməsinə imkan verəcək zəif hökumətin qalmasını istəyir.

Almaniyanın “Tagesspiegel” qəzeti isə Trampn İranla bağlı son addımını tənqid edib.

“Tramp administrasiyasının İranla münasibətlərdə başqa alternativ variantlar olmadan sazişi qurban verməsi ABŞ-İsrail əlqələrinə də növbəti zərbəni endirib”, - məqalədə deyilir.

Məqalə müəllifləri Trampın İranı diz çökdürəcəynə inanmadıqlarını bildirirlər. Onlar ABŞ-ın 40 ildir hədər yerə bu işlə məşğul olduğunu qeyd edirlər.

“Tramp elə bilir ki, İran kimi dövlətlə təzyiqlərlə və sanksiyalar dili ilə danışmaq daha effektlidir. Məsələn o, Şimali Koreya lideri Kim Çen Inın məhz ABŞ-ın təhdidləri sayəsində yola gəldiyinə inanır. Lakin Trampın İranla sazişdən çıxması Kim Çen Inda da ABŞ-ın olduqca etibarsız dövlət olduğu təsəvvürünü yaradacaq”, - məqalədə bildirilir.

Fransanın “Liberation” qəzetinin yazarı Jirom Jandron İsrail müdafiə nazirinin İranla əlaqədar lovğalıqla dediyi “onlar bilməlidirlər ki, bizdə yağış baş versə digər tərəfdə leysan olacaq” sözlərinə diqqət çəkib.

“İsrail rəhbərliyində yeni eranın başladığı hissiyatı gəlib”, - “Beynəlxalq böhran qrupu” adlı analitk qeyri-hökumət təşklatının icmalçısı Ofer Zalsberq qəzetə deyib. Zalsberq İsrailin həm ABŞ-ın verdiyi tam dəstəklə, həm də rusların hazırkı anda qarışmaması səbəbindən özlərini heç olmadığı qədər sərbəst hiss etdiyini qeyd edir.

“Biz əvvəllər Hizbullaha yeni texnologiyaların verilməsinə qarşı çıxırdıq. Lakin İran bizimlə 15 km sərhəddə öz hərbi maşının işə saldıqdan və pilotsuz aparatlarla suverenliyimizi pozduqdan sonra oyun qaydaları dəyişdi”, - Netanyahunun keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yakov Amidror qəzetə bildirib.

Qəzet müharibə riski üçün 2 səbəbin ola biləcəyini yazıb. Bunlardan biri İsrailin dəliliyidir (məsələn, bu həftə ölkənin enerji

naziri Suriya prezidenti Bəşər Əsədin öldürülməsini təklif edib), digəri Tehranın iri kalibrli silahı - yəni Hizbullahdır.

Böyük Britaniyanın “The Times” qəzeti isə Benyamin Netanyahunun Moskvada 9 mayda keçirilən paradda Putinə yaxın olmaq üçün pencəyinin yaxasına hətta Georgi lenti taxdığını vurğulayır.

Qəzet İsrailin İrana məxsus hədəfləri Netanyahunun səfərindən sonra vurduğuna diqqət çəkir. Yazıda Netanyahunun Moskvaya zərbələrin xarakteri barədə xəbərdarlıq etdiyi də bildirilib. Bundan sonra isə İranın cavab atəş gəlib.

Yazı müəllfiləri bundan irəli gələrək belə bir nəticəyə gəliblər: “İranın Golan təpələrinə raket atması iki ölkə arasında eskalasiyanın dərinləşməsi anlamına gələ bilməz. Iran öz zərbərlərini Golan yüksəklikləri, İsrail isə Hizbullaha toxunmadan

Suriya ilə məhdudlaşdırdı. Bu həm Rusiyanın, həm İranın, həm də İsrailin münaqişənin haralara gedib çıxa biləcəyini dərk etdiyini göstərir”.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar