Rusiya mətbuatı Ermənistanın yeni baş naziri Nikol Paşinyan və prezident Putinin ilk görüşünə diqqət ayırıb.
Cebhe.info xəbər verir ki, mətbuatın əsas diqqəti təkcə müzakirələrin gedişinə yönəlməyib, həm də Paşinyanın özünü necə aparacağına cəm olub. Mətbuatda müzakirə edilən məsələlərdən biri yeni baş nazirin Putinin hüzuruna üzünü qırxaraq gedib-getməyəcəyi olub.
Və görüşün ilk dəqiqəsindəncə bəlli olub ki, Nikol Paşinyan Putinlə görüşə o qədər də ciddi hazırlaşmayıb. Hər halda üzünü qırxmayıb və İrəvan aksiyalarındakı görüntüsüylə Putinin qarşısına çıxıb. Buna baxmayaraq, Rusiya mətbuatı özü üçün təsəlli tapıb- Paşinyan görüşdə rus dilində danışıb. Ancaq bu da təsəlli üçün o qədər önəmli sayıla bilməz, çünki Soçiyə gələnlərin əksəriyyəti ünsiyyət vasitəsi kimi məhz rus dilindən istifadə edir. Xüsusilə də keçmiş SSRİ məkanındakı ölkələrdən gələnlər...
Xəzər
Cebhe.info