Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ-DAN BÖHRAN ÇIXARAN AÇIQLAMA! - DÜNYA AYAĞA QALXDI

15-05-2018, 13:34   



ABŞ-DAN BÖHRAN ÇIXARAN AÇIQLAMA! - DÜNYA AYAĞA QALXDI



ABŞ kütləvi qətllə bağlı istintaqın başlanmasını əngəllədi

Hurriyyet.org xəbər verir ki, Qəzza zolağındakı qətliamda həlak olanların sayı artmaqdadır. Səfirliyin açıqlaması ilə Yaxın Şərqə od salan ABŞ, BMT Təhlükəsizlik Şurasında müstəqil istintaq təklifinə veto qoyub.

Xəbər verdiyimiz kimi, bazar ertəsi günü Qəzza zolağında həlak olanların sayı 58 nəfərə çatıb, yaralananların sayının isə 2 770 nəfərdən çox olduğu bildirilir. Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlamada hər iki nəfərdən birinin güllə ilə yaralandığı bildirilir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında şiddət hadisələrinin müstəqil şəkildə istintaqının aparılması ilə bağlı qanun layihəsi irəli sürülsə də, ABŞ bu qanun layihəsinin müzakirəyə çıxarılmasını əngəlləyib.

Ağ Evdən verilən açıqlamada isə Amerikanın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsinə etirazlarını bildirmək üçün sərhədə toplaşan fələstinliləri ilə İsrail ordusu arasında baş verən hadisələrin məsuliyyətinin Hamasda olması ittihamını irəli sürüb.

Qeyd edək ki, həlak olanların arasında 8 aylıq körpənin də olduğu deyilir.

Hurriyyet.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar