Fələstin Rumıniya, Macarıstan, Çexiya və Avstriyadakı səfirlərini geri çağırıb.Axar.az xəbər verir ki, bu barədə Fələstinin Xarici İşlər Nazirliyindən informasiya yayılıb.
Ötən gün Fələstin ABŞ-dakı səfirini də geri çağırmışdı.
Xatırladaq ki, Rumıniya, Çexiya və Macarıstan Qüdsdəki ABŞ səfirliyinin açılışı mərasiminə nümayəndə göndərmişdi.