Baş nazir Dmitri Medvedyev prezident Vladimir Putinə yeni hökumətdə təmsil olunacaq namizədlərin siyahısını təqdim edib.
Cebhe.info yerli mətbuata istinadən bildirir ki, siyahıdakı nazirlərin adları artıq məlumdur.
Belə ki, rəqəmli inkişaf və kommunikasiya naziri postuna Konstantin Noskov, nəqliyyat naziri postuna Yevgeni Ditrix, fövqəladə hallar naziri postuna Yevgeni Ziniçev təklif olunub.
Yeni siyahıya görə, əvvəlki vəzifəsini qoruyanlar da var. Bunlar xarici işlər naziri Sergey Lavrov və Sergey Şoyqudur. Ticarət naziri Denis Manturovun da postunda qalacağı deyilir.
Baş nazirin birinci müavini Anton Siluanov ola bilər.
Xəzər
Cebhe.info