Özünü Ramil Usubovun bacısı qızı kimi təqdim edən kimdir?
Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisinin cinayət işini araşdıran Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi Müşfiq Abbasovun həbsi bir qadının şikayəti əsasında olmuşdu. Həmin qadın bir neçə gün əvvəl Criminal.az saytına lombard rəhbəri tərəfindən külli miqdarda qızılının mənimsənildiyini
iddia edən Zəminə Məhərrəmovadır. Z.Məhərrəmovanın zərərçəkmiş kimi açıqlamasını saytımızada oxuyan M.Abbasov Criminal.az-a zəng edərək başına gələnləri danışdı.
''Şəhid olan kişinin qadınından pul istəyən ən şərəfsiz adamdır''
M.Abbasov bildirib ki, Zəminə Məhərrəmova, Elmira Məmmədova, Aygün və Atlas adlı qadınlar başda Vüqar Bəkirov olmaqla cinayətkar dəstə yaradıblar. Bunların başında duran isə Vüqar Bəkirovdur. Vuqar Bəkirov onların planlarını cızır, qadınlar da plana uyğun hərəkət edir.
• Generalın adı hallandırılan ''qızıl söhbəti'': ''Mən Mədət Quliyevə niyə turşu-şoraba alım ki?''Sabiq müstəntiqin sözlərinə görə, onlar ayrı-ayrı iş adamlarına böhtan atmaqla şərləyirlər, sonra da bir-birinə şahidlik etməklə üzünə dururlar: ''Mən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi idim. İlhamə Quliyevanın əmlakını mənimsəmək üçün saxta vəsiyyətnamə hazırlamaqda təqsirləndirilən Mehriban Bəylərqızının cinayət işinin istintaqını aparırdım. Həmin iş üzrə 2016-cı ilin fevralında Zəmini şahid kimi dindirmişəm. İçəri girən kimi özünü şəhid arvadı kimi təqdim etdi. Sonra da gəlib üzümə dürdü ki, guya mənə 3000 manat pul verib. 11 il Hərbi Prokurorluqda işləmişəm, vətən uğrunda şəhid olan kişinin qadınından pul istəyən ən şərəfsiz adamdır. Mən də bu adamı şəhid yoldaşı bilib hörmətlə qəbul elədim, 15 dəqiqəlik izahatını alıb yola saldım. Sonradan öyrəndim ki, onun əri heç rəhmətə getməyib, 1999-cu ildə boşanıblar. Bu qadının orda-burda külli miqdarda borcu var. Borclular bunu sıxan kimi ayrı-ayrı iş adamlarına gedib pul alır''.
![](http://criminalaz.com/file/pic/xeber/2018-05/1526723612_1491642231-8644.jpg)
''O, özünü Ramil Usubovun bacısı qızı olduğuna inandıraraq...''
M.Abbasov bildirdi ki, Zəminə Məhərrəmova pulun ona necə və harada verilməsi üçün xüssusi ssenari də cızıb: ''Zəminə gəlib üzümə düurdu ki, guya onu dindirən zaman 3 manat pul verib. Həmin pulun 2 min manatını Mazbura xanımın lombardına qızıl qoyaraq götürüb. Yerdə qalan min manatı da rəfiqəsi Aygündən alıb. Aygünü görsəniz bilərsiniz ki, həmin qadın heç 100 manata sahib deyil. Amma sonradan dəqiqləşdirdim ki, mən Zəminəni 2016-cı ilin fevralında dindirmişəm, lombardan isə pulu iyun ayında götürüb. Mehriban Bəylərqızının işini araşdıran zaman məlum olmuşdu ki, Zəminə özünü başqa adla, Məsumə adlı natarius işçisi kimi təqdim edib. O, özünü daxili işlər naziri Ramil Usubovun bacısı qızı olduğuna inandıraraq Mehribanın başına oyun açmışdı. Guya İlhamə Quliyevanın vəsiyətnaməsini hazırlayır və bu yolla Mehribanı aldadıb''.
Elmira Məmmədova, Vüqar Bəkirov və Zəminə Məhərrəmova
''Guya mənimlə birlikdə 7 nəfər müstəntiq tutublar, başçıları da mənəm...''
Sabiq müstəntiq məhkum edildiyi cinayət işində üzünə duran Mahir adlı şəxs barədə də maraqlı məlumatlar verdi: ''Bir nəfər də o vaxt üzümə durdu, Mahir adlı şəxs idi, Zamənənin kafesində aşbaz olub. Mahir məhkəməyə gələrək ağladı və bütün həqiqəti danışdı. Deməli Zəminə həmin Mahiri 6 ay öz kafesində işlədib, ona 3600 manat borcu yaranıb. Kişi ondan pulu istəyəndə Zəminə deyib ki, hələlik rayondan Bakıya gəlmə, çağıranda gələrsən. Mahir deyir bir gün Zəminə onu zəng edib Bakıya çağırıb. Avtovağzalda onu qarşılayıb, deyib şəhər prokurorluğunun Müşfiq Abbasov adlı müstəntiqi var. Guya mənimlə birlikdə 7 nəfər müstəntiq tutublar, başçıları da mənəm. Guya bizi 1 milyon rüşvətlə tutublar. Deyib ki, gedək onun üzünə dur, guya Müşfiqə 3000 manatı sənin iştirakı ilə vermişəm. İnandırıb ki, məndən 3 mini alıb verəcək ona. Bu adam da yaşlı kişidir. Onu aparıb korrpusiya idarəsində ifadə verəndən sonra gətirib Bakı şəhər Prokurorluğunun inzibatini binasını göstərib. Məqsəd də o olub ki, sabah ondan soruşsalar desin ki, prokurorluq binasının qarşısında görüşmüşük. Bunların hamısını Mahir mənə danışıb''.
![](http://criminalaz.com/file/pic/xeber/2018-05/1526723031_204269_src.jpg)
Zəminə Məhərrəmova İlhamə Quliyevanın məzarı başında.
''Həbsimdən qabaq prezident məni mükafatlandırmışdı. Yatsam yuxuma girməzdi ki...''
M.Abbasov deyir ki, həbsədən çıxanda sonra Z.Məhərrəmova ona zəng edərək görüşə çağırıb: ''44 gün həbsdə qalıb çıxandan sonra Zəminə zəng etdi, görüşdük. Dedi ki, guya onu aldadıblar, haqsızlıq edib mənə qarşı. Güya ona mənə 15000 rüşvət verdiyini yazdırıblar, bu 3 min manat deyib. Dedi ki, mənə 5000 manat ver, gedib məhkəmədə həqiqətləri deyəcək. Bu qadına 5000 verdim, səsini də yazdım. Özü etiraf etdi ki, Müşfüq müəllim Allaha and olsun ki, sizdən adığım 5000 manatı qaytaracam. Bu adamlar əsl kriminal ünsürlərdir. Mahir mənə danışdı ki, həmin şəxslər otururlar kafedə, planlar cızırlar. Kimlərin gedib üzünə duracaqlar, bütün işlərdə də şahidləri eyni adamlardı. Bu cinayətkar dəstə cəzalandırılmalıdır. Sizin saytda Mazbura xanım haqda olan yazını oxudum, gəlib özüm tapdım. Ürəyimdə Mazbura xanıma yazığım gəldi ki, gör onun başına hələ nə oyun açacaqlar. Bu dəstəni dayandırmaq lamzımdır. Həbs edilməmişdən qabaq prezident İlham Əliyev dövlət qulluğunda fərqlənməyə görə məni mükafatlandırmışdı. Yatsam yuxuma girməzdi ki, məni belə bir duruma sala bilərlər. Mənə bu adamlara görə məhkəmə 3 il şərti cəza verdi. Hələ Ali Məhkəməyə şikayət etməmişəm, gözləyirəm ki bəlkə bu cinayətkar dəstəni ifşa edərlər, sonra şikayətimi edərəm''.
![](http://criminalaz.com/file/pic/xeber/2018-05/1526723819_e80a798b1ab1fd6987b5058a8b945acb.jpg)
''O, İlhamə Quliyevanı aldatmışdı ki, guya onun evinə juçok qoyulub...''
''Bu Vüqarın özü də dələduzldur, ona cinayət işi başlamışam. Vüqarın mənə prinsipi də bundan başlayıb. O, İlhamə Quliyevanı aldatmışdı ki, guya onun evinə juçok qoyulub. Guya onda səs yazıları var ki, İlhamə quliyeva müəyyən adamları söyüb. İlhamə Quliyevanın bankda 300000 pulu vardı. Gedib həmin puldan 20 min manat çıxarıb səsləri sildirmək üçün Vüqara vermişdi. Sonradan İlhamə Quliyeva aldadıldığını başa düşmüşdü. Buna görə dələduzluq maddəsi ilə Vüqar barəsində cinayət işi başlayıb göndərmişdim Yasamal rayon Polis İdarəsinə. Amma Vüqarı başqa əməlinə görə tutdular, mən cinayət işini başlayanda o artıq içəridə idi. Mənim işimdən əlavə Vüqar məni Səbail rayon Prokurorluğuna şikayət edib ki, guya mən onun kompyuterini götürüb içərisini sökmüşəm. Bundan başqa Zəminə Nizami rayon prokurorluğuna şikayət edib ki, onu ölümlə hədələmişəm, o da gedib dərman içib''-deyə sabiq istintaqçı necə şərləndiyini danışdı.