Bu gün Türkiyə prezidenti Ərdoğan Bosniyaya rəsmi səfər edib.
Strateq.az xarici mətbuata istinadən bildirir ki, o, səfər zamanı Bosniya prezidenti ilə birgə mətbuat konfransında şəxsinə Sarayevoda sui-qəsd ediləcəyi xəbəri haqda verilən sualı da cavablandırıb: “Bəli, mənə Bosniyada sui-qəsd ediləcəyi haqda ciddi xəbər verildi. Bu məlumatı bizim Milli Təhlükəsizlik Təşkilatımız mənə çatdırdı. Amma mən səfəri təxirə salmağı deyil, əksinə, daha qətiyyətli şəkildə bura gəlmək istədim və gəldim…”.
Ərdoğan deyib ki, belə təhdidlər onu qorxuda bilməz: “Zatən, biz Türkiyədə iqtidara gələndən belə xəbərlər, təhdidlər alırıq. Amma bunlar bizi çəkindirməz, əksinə daha da qətiyyətli edər”.