ABŞ Dövlət katibi Mayk Pompeo ABŞ-ın nüvə müqaviləsindən geri çəkilməsindən sonra İran strategiyasını açıqlayıb.Axar.az xəbər verir ki, Pompeo Tehranla yeni razılaşma əldə edilməsi üçün 12 şərt irəli sürüb:
1. İran rejiminə qarşı bənzəri olmayan maliyyə təzyiqi göstərəcəyik. Tehrandakı liderlərin bizim ciddiliyimizdən ən xırda belə şübhələri olmasın.
2. İran rejimi özü və xalqı üçün seçdiyi qəbuledilməz yoldan çıxıb siyasətini dəyişməsə, ABŞ-ın tətbiq etdiyi sanksiyalar altında çəkdiyi iztirab çox acı nəticələr verəcək.
3. ABŞ İranla bağlı sanksiyalarını inkişaf etdirir və bu, başa çatanda tarixdəki ən güclü sanksiyalar olacaq.
4. ABŞ-ın sanksiyaları bütün qüvvəsi ilə təsdiqlənəndə İran iqtisadiyyatını dirçəltmək üçün ölüm-dirim mübarizəsi aparacaq.
5. İranın hər cür hücumunun qarşısını almaq üçün ABŞ Dövlət Katibliyi, Pentaqon və regional müttəfiqlərlə yaxın əməkdaşlıq quracaq.
6. ABŞ-ın İran siyasətini izah etmək üçün dünya miqyasında bütün ölkələrə nümayəndə heyəti göndərəcəyik.
7. Yaxın Şərqə hökm etmək üçün bir daha İranın əlinə fürsət keçməyəcək.
8. İran bütün qüvvələrini Suriyadan geri çəkməlidir.
9. İran İnqilab Keşikçiləri Qüds Gücü Avropada gizli sui-qəsd əməliyyatları aparır.
10. ABŞ ilə müttəfiqləri İranın əməliyyat qrupları və onların Hizbullahdan olan müttəfiqlərinin dünya miqyasında izinə düşəcək və onları əzib çökdürəcək.
11. ABŞ 2015-ci il tarixli nüvə sazişini yenindən müzakirə etməyəcək, yeni müqaviləni müzakirə edəcək.
12. İran vətəndaşlarına qarşı münasibətini düzəltməli, milli sərvətini xaric əməliyyatlara sərf etməməlidir.
Sonda qeyd edilir ki, İran böyük dəyişikliklərə gedərsə, ABŞ bütün sanksiyaları ləğv edib, diplomatik və ticarət əlaqələrini tam mənada yenidən təsis edəcək.