Ukraynanın Donbasda müharibə başladacağı tarix məlum olub.
Cebhe.info xəbər verir ki, ukraynalı ekspertlər Rusiyada keçiriləcək Futbol üzrə Dünya Çempionatı ərəfəsində genişmiqyaslı əməliyyatlara başlayacaq.
"14 iyunda çempionat başlayacaq. 3-15 iyunda isə Rusiya sərhədlərində NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək. Pribaltika təlim yeri seçilib. 19 ölkənin iştirak edəcəyi bu təlim təbii ki, Rusiyaya hücum deyil, ancaq məhz həmin ərəfə Donbasda hərbi əməliyatların başlaması zamanı ola bilər",- deyə Siyasi Aaraşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.
Onun fikrincə, Ukrayna Donbas və Luqanska məhz həmin ərəfədə müharibə başladacaq.
Ekspert hesab edir ki, məqsəd Rusiyanı seçim qarşısında qoymaqdır: "Kreml seçim qarşısında qalacaq. Ya Donbası verməli, ya da çempionatı yarımçıq saxlamalıdır. Buna görə də mümkün müharibənin 3-5 iyunda başlaması mümkündür".
Ekspert hesab edir ki, Almaniya və Fransa müharibəyə qarşıdır, Poroşenko da fəlakətli sonu bilir:"Amerikada isə istəyirlər ki, Poroşenko hərbi əməliyyatarı başlasın. Əlbəttə, bu, birbaşa Trampın tələbi deyil, Ukraynayla məşğul olan şəxsin fikridir".
Xəzər
Cebhe.info