“Vatan” partiyasının sədri, Türkiyə “dərin dövləti”nin adamı hesab olunan Doğu Perinçek Rusiya mediasına verdiyi açıqlamada maraqlı məqamlara toxunub.
Publika.az xəbər verir ki, Perinçek Ərdoğanın onların mövqeyindən çıxış etdiyini bildirib.
“Ərdoğanı ABŞ-ın Böyük Yaxın Şərq Planından biz çıxartdıq, FETÖ ilə mübarizə aparmasını təmin etdik, PKK-nı məhv etmək strategiyasını biz təqdim etdik”, - deyə o bildirib.
Perinçek 2010-cu ildə Ərdoğanın “kürd açılımı” layihəsini xatırladıb: “Ərdoğan kürd problemini həll etmək üçün PKK ilə görüşmək xəttini yürüdürdü. Ona PKK ilə döyüşməyin ABŞ-la döyüşmək olduğunu və bu silahlı terror təşkilatının ABŞ tərəfindən idarə edildiyini bildirdik. Biz PKK-nın yalnız hərbi yolla sıradan çıxarıla biləcəyini qeyd etdik. Nəticədə, Ərdoğan da türk əsgərinin PKK-nı məhv etmək strategiyasını dəstəklədi”, - deyə o bildirib.Asif