Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Nə qədər yaşayacaqsız? – Bunu əvvəlcədən bimək mümkün olacaq

18-01-2019, 17:11   


Nə qədər yaşayacaqsız? – Bunu əvvəlcədən bimək mümkün olacaq

İnsanların DNT-sinə baxaraq onların uzun yaşayıb-yaşamayacağını müəyyən etmək mümkün olacaq.

Cebhe.info xəbər verir ki, bu barədə “Science Daily” məlumat yayıb. 

Məlumata görə, Edinburq Universitetinin həkimləri bir qiymətləndirmə sistemi yaratmaq üçün yaşayış müddəti ərzində təsirli olan müxtəlif genetik versiyaları incələyib.

Mütəxəssislərin qənaətinə görə, insan genomunda 12 bölgə yaşam müddətinə önəmli ölçüdə təsir edir.

Qiymətləndirmə üçün yarım milyondan çox şəxsin genetik məlumatları  və ailələrinin yaşayış müddəti haqqıında informasiyaları dəyərləndirilib.

Qiymətləndirməyə görə, ilk yüzdə ona girənlər son yüzdə ona girənlərə nisbətən 5 il daha uzun yaşaya biləcək. Yaşam müddəti ilə bağlı ən təsirli bölgələr daha əvvəl ürək problemi və siqaretlə bağlı ölümcül xəstəliklərin olduğu bölgələrdir.

Araşdırmada birbaşa siqaret istifadəsilə bağlı olmayan xərçəng növləri ilə əlaqəli genlər nəzərə alınmayıb.

Zaur
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar