Qarabağla bağlı danışıqlar prosesində yeni heç nə baş vermir, yəni yeni sənədlər, yeni prinsiplər və elementlər müzakirə edilmir.Axar.az xəbər verir ki, bunu “168 Jam” qəzetinə müsahibəsində erməniyönlü rusiyalı politoloq, “Reqnum” agentliyinin baş redaktoru Modest Kolerov deyib.
“Məncə, hər kəsə bəlli olan əraziləri hansısa aralıq statusla əvəz edəcək Madrid prinsipləri müzakirə olunur. Fikrimcə, mərhələli həll variantı müzakirədədir. Əvvəlcə iki rayon, sonra bir neçə rayonun verilməsini nəzərdə tutan formul nəzərdə tutulur. Yeri gəlmişkən, danışıqlar yox, konsultasiyalar aparılır”, – deyə o bildirib.
Kolerov Ermənistan hökumətinin bu məsələdə niyə tələsgən olduğunu anlamadığını deyib.
Erməniyönlü ekspert həmçinin Ermənistan hökumətinin Qarabağla bağlı açıqlamalarının “uşaqlar üçün açıqlama” olduğunu söyləyib.