“Son vaxtlar uşaqlar arasında yüksək qızdırma ilə xəstəlik müşahidə edilir”.
Cebhe.info xəbər verir ki, bu sözləri tanınmış həkim-pediatr Vaqif Qarayev deyib.
O bildirib ki, həkimə qədər ancaq qızdırma salıcının ilkin dozasını vermək olar:
“Sonra qızdırmanın müalicəsini həkim izah edəcək. Əksər valideynlər istəyir ki, qızdırma bir gün ərzində normaya düşsün, amma bu olmayacaq. Valideynlər qızdırmanı normaya salmağa tələsməməlidir. Çünki virus bir gün ərzində məhv ola bilməz. 5-10 dəqiqə ərzində ard-arda iki dərman və şamdan istifadə etməyin, nəticəsi olaraq qızdırma normadan aşağı düşəcək və əlavə problem yaranacaq”.
Hicranə
Cebhe.info