Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Qaçqınkom” sədrinin 180 min manat dəyərində xidməti avtomobil almasına vətəndaşlar nə deyir? - VİDEOSORĞU

5-02-2019, 20:14   


Son zamanlar dövlət qurumları bahalı xidməti avtomobilləri ilə gündəmə gəlirlər. Ötən ay “Qaçqınkom” sədri Rövşən Rzayevin özünə bahalı xidməti avtomobil alması isə mətbuatda rezonans doğurdu və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu.

Məlumata görə, yeni sədrin xidməti avtomobili “BMW 740 Lİ” modelidir və dəyəri 180 min manatdır.  R.Rzayevin ən bahalı avtomobili seçməsi isə cəmiyyətdə mənfi qarşılanıb. Sədrin bahalı avtomobil alma istəyini qaçqın və məcburi köçkünlərin adı ilə bağlı olan quruma yaraşdırmayıblar.

Qurumdan  isə mətbuata bildirilib ki, xidməti avtomobilin markası seçilərkən onun respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb.

Bəs, görəsən dövlət qurumlarının xidməti avtomobillərinin bu qədər baha olmasına xalq nə deyir? Dəyəri minlərlə manat olan avtomobil almaq doğrudurmu?

Musavat.com-un müxbiri paytaxt sakinləri arasında videosorğu keçirib.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Məğrur MƏRD
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar