Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

BMT Camal Qaşıqçının xüsusi sifarişlə qətl edildiyini təsdiqlədi

8-02-2019, 12:13   


BMT İnsan hüquqları ali komissarlığı ofisinin nümayəndəsi və məhkəməsiz icra olunan edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamar ötən ilin oktyabrın 2-də öldürülən jurnalist Camal Qaşıqçının öncədən planlanan qəddar bir cinayətə qurban getdiyini bildirib.

Kallamarın bu açıqlamasını Türkiyəyə bu il yanvarın 28-dən fevralın 3-nə qədər davam edən ziyarət sonrası verməsi və bu işdə səudiyyəli rəsmilərin əlini olması barədə dedikləri diqqəti cəlb edib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, xanım Kallamar “Qaşıqçı cinayəti”ni “bütün hüquqların təməlini təşkil edən yaşamaq haqqının ən ağır şəkildə pozulması” kimi dəyərləndirib.

BMT rəsmisi beynəlxalq birliyin bu cinayətə daha çox diqqət yetirməsinin zəruri olduğunu vurğulayıb.

Aqnes Kallamar bununla bağlı BMT səviyyəsində aparılan araşdırmanın nəticəsində beynəlxalq hüququn müddəalarına müvafiq surətdə cinayətdə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması da daxil olmaqla təkliflər paketini özündə birləşdirən xüsusi məruzəni BMT İnsan hüquqları şurasının iyun ayındakı sessiyasına təqdim edəcəklərini söyləyib.
A.Kallamar Türkiyənin bu cinayətin araşdırılması məsələsində olduqca şəffaf və həssas davrandığını bildirərək bütün prosesin Səudiyyə Ərəbistanı dövləti tərəfindən müxtəlif yollarla baltalandığını vurğulayıb.

Bundan başqa, Türkiyə tərəfi BMT rəsmisinə Camal Qaşıqçının öldürülmə anındakı səslərini də dinləməsinə şərait yaradıb.
BMT nümayəndəsi Qaşıqçı cinayətini dünyadakı jurnalistlərin, insan hüquq müdafiəçilərinin, avtoritar rejim müxaliflərinin öldürülməsinin bir parçası kimi baxılmasının vacib olduğunu söyləyib. Onun sözlərinə görə, təhlükəsizlik naminə xaricə qaçmaq get-gedə daha güvənsiz xarakter alıb.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar