Azərbaycan Respublikası Prezidenti İlham Əliyev M.Ç.Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.Axar.az Sərəncamın mətnini təqdim edir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin".
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Y.M.Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin".
***Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında vergi sisteminin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni iləMəmmədov Azər Oqtay oğlu
1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı iləCəfərov Azər Sihət oğlu
Əliyev Rəşad Qəhrəman oğlu
İmanov Asəf Polad oğlu
İskəndərov Kamal Bahadır oğlu
Məmmədov Şöyüb Kamil oğlu
Sultanova Sədaqət Ramiz qızı
2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı iləMəmmədov Rövşən Rəhim oğlu
Osmanov Akif Osman oğlu
3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı iləƏliyarzadə Maya Vaqif qızı
Xəlilova Arzu Sərhəddin qızı
Musayeva Samirə Fəxrəddin qızı
Rəhimli Elşən Moqif oğlu
Yadigarov Fariz Məhəmməd oğlu
Yunusov Məhəmməd İlham oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı iləHacıyev Fərid Məzahir oğlu
Həsənov Nicat Nizami oğlu
Namazlı Elçin Alim oğlu
Yusifov Elnur Əli oğlu".
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azər İslam oğlu Nağıyevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin.
2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin baş direktoru Xəqani Qara oğlu İsgəndərova 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsi verilsin".
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,6 milyon (bir milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".