Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Prezidentin yüksək vəzifə verdiyi 29 yaşlı Rəvan Həsənov KİMDİR? - FOTO

12-02-2019, 17:40   
 


Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Rəvan Həsənovu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin edib.
Publika.az xəbər verir ki, Rəvan Vaqif oğlu Həsənov bu günədək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunu əvəz edirdi. O, daha əvvəl Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Rəvan Həsənov 1989-cu ildə anadan olub və bu ilin iyul ayının 2-də 30 yaşını tamam edəcək.
O, Bakı Dövlət Universitetinin və Çikaqo Kent-Hüquq Kollecinin məzunudur.
Muxtar
  
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar