Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABEL MƏHƏRRƏMOV XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ – Ürək çatışmazlığı diaqnozu ilə

12-02-2019, 18:35   
 

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb. Oxu.Az-ın verdiyi məlumata görə, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub.  Abel Məhərrəmov Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb. Media.Az məlumat yayıb. Sayt yazıb ki, eks-rektor VİP palataya yerləşdirilib.

 Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.
Xatırladaq ki, Abel Məhərrəmov noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar