Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Pensiyaçılara ŞAD XƏBƏR VAR, iki gün sonra... - Az öncə açıqlandı

14-02-2019, 11:37   

 

Azərbaycanda əmək pensiyalarının ödənilməsi iki gün ərzində təmin ediləcək.
 
 
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.

F.Talıbov bildirib ki, Prezident İlham Əliyevin 7 fevral 2019-cu il tarixli sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi həyata keçirilir.

O qeyd edib ki, bu indeksləşdirmə nəticəsində bütün növ əmək pensiyalarının sığorta hissəsi 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə artırılması təmin edilir.

Şöbə müdiri vurğulayıb ki, bu istiqamətdə proses artıq yekunlaşmaq üzrədir və iki gün ərzində əmək pensiyalarının tam olaraq ödənilməsi təmin ediləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar