Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Fevralın 19-u Bakıya qar yağa bilər (AÇIQLAMA)

16-02-2019, 19:31   
Fevralın 19-u Bakıya qar yağa bilər (AÇIQLAMA)
Dünyanın nüfuzlu weather.com saytının mobil telefonlardakı əlavələri fevralın 19-da Bakıya qar yağacağını proqnozlaşdırır. 
 
Son günlər bölgələrdə və paytaxt Bakıda da qeyri-sabit hava şəraitinin keçməsi bu ehtimalı artırır.



Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun rəhbəri Gülşad Məmmədova Qaynarinfo-ya açıqlama verib. Qurum rəsmisi bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi hazırda ölkə ərazisində hava şəraiti qeyri-sabitdir:

 
"Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar müşahidə olunur. Yağıntılı hava şəraiti fevralın 17-si günorta saatlarına qədər davam edəcək. Əgər hər hansı dəyişiklik olarsa, qar gözlənilərsə, əlavə məlumat verəcəyik".

Çingiz Səfərli
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar