Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rüstəm İbrahimbəyov Bakıda: Məclisinə kimləri topladı? – FOTOLAR

17-02-2019, 20:49   


Tanınmış kino – drammaturq Rüstəm İbrahimbəyov Bakıya gəlib.

Musavat.com xəbər verir ki, bu iddia ilə ilk çıxış edən BakuPost saytının redaktoru Elçin Zahiroğlu olub. O, özünün Feysbuk səhifəsində gördüyünüz fotonu paylaşıb və yazıb ki, İbrahimbəyov Bakıdadır.
Fotodakı şəxslərdən biri, professor Qulu Məhərrəmli bu iddianı musavat.com -a təsdiqləyib.
Strateq.az saytı isə xəbər verir ki, rejissor Əli İsa Cabbarov sosial şəbəkədəki hesabında fotolar paylaşıb.
Onun restorandan keçirilən ziyafətdən paylaşdığı fotoda Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu və başqa tanınmış şəxslər də yer alıb.
Xatırladaq ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirak qərarından sonra Azərbaycana qayıtmaqdan imtina etmişdi.
Onun barəsində hər hanası cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb Azərbaycana gəlmədiyini bildirmişdi.0

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar