Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Lotu Qulinin killerləri belə yaxalandı: Rusiyada müharibə başladı - FOTO/VİDEO

18-02-2019, 14:48   
 

Rusiya Daxili İşlər Nazirliyi Moskvanın Novoyasenevski prospektində yerləşən otellərdən birində adamöldürməyə cəhd və qanunsuz silah saxlamaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşının yaxalandığı anın görüntülərini dərc edib.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, söhbət 2019-cu il yanvarın 28-də kriminal avtoritet Taleh Əliyevə sui-qəsd edən killerlərdən gedir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 23 yaşlı kişi və onun 39 yaşlı cinayət yoldaşı Azərbaycan vətəndaşlarıdır.
Xatırladaq, ötən ayın 28-də 39 yaşlı yerli sakinə hücum olub. Kişini yaşayış evinin həyətində güllələyiblər. O, ağır yaralı halda xəstəxanaya yerləşdirilib. İstintaqın məlumatına görə, məşhur azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) nümayəndəsi sui-qəsdin sifarişçisidir. Beləliklə, o, bazar biznesi üzərində nəzarət uğrunda mübarizə aparırdı.
Bu fakt üzrə cinayət işi qaldırılmış və cinayətkarların şəxsiyyəti müəyyən edilmişdi.
Sui-qəsdin yeni təfərrüatları” Mash” Teleqram-kanalına məlum olub. Məlumata görə, Lotu Qulinin Rusiyadakı inanılmış adamı Vasif Dünyamalıyev Xantı-Mansiysk muxtar vilayətinə gələrək yerli bazarlara nəzarət üçün razılaşma əldə etmək istəyib. Lakin o, avtoritet Taleh Əliyevdən rədd cavabı alıb. Bundan sonra tərəflər arasında gərginlik yaranıb.

[media=//www.youtube.com/watch?v=MLj0-vCID7A]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar