Rus silahı ilə fars şəhərində səfirliyimizi niyə qana buladılar? - Terrorun pərdəarxası, üç şər ittifaqı...

29-01-2023, 11:38   



Rus silahı "Kalaşnikov"la yanvarın 27-də Tehrandakı səfirliyimizi qana buladılar. Terrorçu Yasin Hüseynzadə kvaltla səfirliyin qapısını açmağa çalışanda, nəzərlər Ukraynada döyüşən "Vaqner"çilərə yönəldi: kvalt onların simvoludur...xain hücuma çox çevik reaksiya verənlərdən biri də Rusiya Xarici İşlər Nazirliyi oldu. Mariya Zaxarova "mühafizəçi şir kimi döyüşdü", "şoka düşmüşük" kimi ifadələrlə digər diplomatlardan seçildi. Sözsüz ki, biz bununla hadisədə rus izi axtarmağa meyilli deyilik, sadəcə, konspiroloji şərhlər də az deyil. Onlardan birini Ərəstun Oruclu yazmışdı. Lakin bütün hallarda səfirliyə hücumu məişət hadisəsi kimi qələmə verməyə çalışan İran fars - molla rejimi buna görə məsuliyyət daşıyır. Əvvəla, bu hadisə misal üçün Çexiya, yaxud Kanada səfirliyimizdə olsaydı, terakt olmadığı haqda müəyyən suallar meydana çıxa bilərdi, hadisə isə Azərbaycana həmişə düşmən kəsilən, müharibədən sonra bizə təhdidlər yağdıran, casus şəbəkəsini aktivləşdirən, sərhəddə təlimlər keçib bizə xox gələn İranda baş verib. İkincisi, səfirliklər yerləşən küçələrdə mühafizə daha yüksək səviyyədə qorunmalıdır. İran kimi yerdə kimsə avtomat götürüb səfirliyə daxil olur, 13 dəqiqə terrorçu gah qapını aşmağa çalışır, gah "Molotov" kokteyli atır və müddətdə Tehran polisi ölüb!
Terrorçu plana əsasən kənardan saatlardır səfirliyin ətrafındakı maşında müşahidə aparır, Azərbaycan səfirliyinin əməkdaşlarının binaya daxil olmasını gözləyir. Bu müddətdə səfirliyin qarşısındakı İran polisi şübhəli maşına yaxınlaşıb, nədən saatlardır eyni yerdə dayandığını ondan soruşmur. Çünki planda onun yoxlanılması olmamalıdır. Terrorçu özünə arxayındır,  ətrafdakı polisin ona mane olmayacağını bilir. Bu anda Azərbaycan səfirliyində çalışan əməkdaşların maşını binanın qarşısına yaxınlaşır. Terrorçu bilir ki, sürətlə maşınını səfirlik əməkdaşlarının maşının arxasına çırpsa, səsə reaksiya verən səfirlik əməkdaşları nəyin baş verdiyini öyrənmək üçün çölə çıxacaqlar, elə də olur. Terrorçu qapının açılmasından istifadə edərək İran polisinin susqunğulu fonunda, hətta polisə əl edərək “Sənlik bir iş yoxdur” deyərcəsinə “Kalaşnikov” avtomatı ilə səfirlik binasına daxil olur. Sonrası məlumdur. Bunun nəyi “məişət zəminində” baş verən basqındır? Yüksək peşəkarlıqla hazırlanan terror aksiyasıdır. Üstəlik, səfirlik 9 ay kiminsə arvadını niyə saxlamalıdır, heç saxlaya bilməz. Yəni bəhanədir, absurd motivdir, birbaşa SEPAH-ın təşkil etdiyi terror ehtimalı olduğu görünməkdədir.
Azərbaycanın İrandakı səfirliyinə hücum bu ölkənin rəsmilərinin, diplomatlarının, generallarının, din xadimlərinin, deputatlarının və ekspertlərinin anti-Azərbaycan isteriyasının nəticəsidir. İrandan Azərbaycan əleyhinə daima səslənin “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir”, “Zəngəzur dəhlizi olmamalıdır”, “Azərbaycan İsraillə əlaqələr qurmamalıdır” açıqlamaları qonşu ölkədəki fanatik dairələri azğınlaşdırıb. Əlbəttə, səfirliyimizə hücumun arxasında İrandakı erməni diasporunun dayandığı da istisna deyil. Məqsəd Azərbaycan-İran münasibətlərinin daha da gərginləşdirməkdir. Ona görə də soyuqqanlığımızı qorumaq şərtilə Tehrandan qatil və ya qatillərin arxasındakı güclərin və sifarişçilərin araşdırılması tələb olunmalı və bu proses nəzarət altında saxlanmalıdır. Qırmızı çizgiləri aşan İran oldu.
İran prezidentinin Əliyevə zəng etməsi, XİN rəhbərinin yaralılara baş çəkməsi göstərir ki, rəsmi Tehran "günahını yumaq" və işin altından çıxmaq üçün addımlar atır, gərginliyi neytrallaşdırmağa çalışır. Amma mollakratiya bütün sərhədləri aşdı və bundan sonra hətta Ermənistanla bəlkə münasibətlər normallaşa bilər, səfirliyimizin terror edildiyi ölkə ilə yox... Bu terror bəlkə başqa dövlətdə ola bilərdi, amma şiə qardaşlığı dediyimiz, 40 milyon azərbaycanlının olduğu İranda törədilməsi artıq düşmənçilik münasibətidir. Bu hadisə ola bilsin ki, müəyyən dairələrin müharibə başlanması istəklərinə hesablanıb, amma Tehran rejimi bu işdə əlinin olmadığını sübut etmək istəyirsə, ortaya həqiqətləri çıxarmalıdır. Ancaq etiraf etməyəcəklər, Yasin adlı şəxsin əməlini məişət səviyyəsində ssenari kimi sırımağa çalışıb barəsində hökm çıxaracaqlar.

Tehranda səfirlimizə edən basqının, terror aktının detalları məlum olduqca bu hadisənin öncədən planlaşdırıldığı, hücum edənin tək olmadığı, ancaq səfirlik əməkdaşının şücayəti nəticəsində ilkin planın baş tutmadığı açıq görünür. Hücumun tarixi də təsadüfi deyil: 27 yanvar 1973-cü ildə, düz 50 il bundan öncə Türkiyənin ABŞ-dakı baş konsulu Mehmet Baydar qətlə yetirilmişdi, bundan başqa bu günlərdə bəşəriyyət İkinci Dünya müharibəsinin ən böyük faciələrindən biri, 6 milyona yaxın yəhudilərin vəhşicəsinə qətl edilməsinin, onlara qarşı soyqırım edilməsinin, Holokost kimi tarixə düşən faciənin ildönümünü qeyd edir.
Eyni zamanda İsraildə Sinaqoqda terror hadisəsinin törədilməsi də təsadüfə oxşamır: Rusiya-İran-Ermənistan şər ittifaqı terror əsdirərək

Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar