“Rabitəbank” 9 ayda 77 milyon itirib

14-10-2024, 11:12   



“Rabitəbank” 9 ayda 77 milyon itirib
Manşet
0


Azərbaycanda acınacaqlı durumda olan banklardan biri də “Rabitəbank”dır. Tribunainfo.az xəbər verir ki, bu bankdan əhali və şirkətlər 9 ayda 77.5 milyon manat depozit çıxarıblar.
Mütəxəssislər bildirirlər ki, belə davam edərsə, bankın aqibəti yaxşı olmayacaq. Buna səbəb də maliyyə durumunun getdikcə zəifləməsi göstərilir.
Qeyd edək ki, “Rabitəbank”ASC-nin sədri postunda yenidir. Belə ki, 3 may 2021-ci il tarixindən etibarən bankın İdarə Heyətinə sədrlik vəzifəsi daha öncə Müşahidə Şurası Sədrinin müavini olan Aydın Hüseynova tapşırılıb.
Qeyd edək ki, ölkədə ilk 10 iri bankdan biri olan “Rabitəbank”ın reytinqinin aşağı düşməsi prosesi 2023-cü ilə təsadüf edib.
Onu da bildirək ki, 1993-cü ildə yaradılan “Rabitəbank”ın nizamnamə kapitalı 101,3 milyon manat təşkil edir. Bankdan əmanətçilərin 77 milyon manat çıxarması isə onun nəinki axsamasına, hətta müflis olmasına qədər prosesi daşıya bilər.
Onu da xatırladaq ki, “Rabitəbank”ın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 30 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11 %-i Dilarə Nuriyevaya, 7,6 %-i Seyran Nuriyevə (Bankın Baş direktoru), 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.