Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda karqo şirkətləri BAĞLANIR ? –Ekspertlərdən ÖNƏMLİ AÇIQLAMALAR

4-05-2023, 15:54   


Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur alış- veriş saytı olan “Trendyol” bundan sonra Azərbaycandan qəbul etdiyi sifarişləri birbaşa alıcının yaşadığı ünvana çatdıracaq.

Bəs tətbiq edilən bu qayda karqo şirkətlərinin bağlanmasına səbəb ola bilərmi?

Mövzü ilə bağlı Medianews.az –a danışan iqtisadçı Elşən Bağırzadə bildirir ki , “Trendyol” alıcılara məhsulu Türkiyə qiymətləri ilə təqdim edəcəksə, bu karqo şirkətləri üçün ciddi rəqabət deməkdir:

“Yəni, məhsulu alan zaman “Trendyol” tərəfindən əlavə qiymətlər tətbiq olunmayacaqsa, bu karqo şirkətlər arasında ciddi rəqabətin yaranmasına və yaxud da onların bir çoxunun bağlanmasına səbəb ola bilər.

Lakin “Trendyol” Azərbaycana özəl qiymətlər də tətbiq edə bilər. Çünki “Trendyol” digər ölkələrə özəl qiymətlər tətbiq edərək məhsulun satışını həyata keçirir. Şübhəsiz ki, belə olan halda qiymətlərdə artım olacaq. İnsanlar da məhsulu sərfəli qiymətə almaq üçün daha alternativ variantlar axtarmağa səy göstərəcəklər.

Hazırda “Trendyol”da Azərbaycan üçün təqdim edilən özəl qiymətlər yoxdur. Yəni, Türkiyə qiymətləri ilə məhsullar satılır. Vətəndaş özü gömrük bəyannaməsini təqdim edir və alıcı az məbləğdə pul ödəyir, məhsul isə ünvana təslim edilir. Bu proses belə davam edərsə, karqo şirkətlər üçün ciddi rəqabət yaranacaq və bazar payının önəmli hissəsini “Trendyol” əldə edəcək”.

İqtisadçı Natiq Cəfərli isə qeyd edir ki, karqo sahəsi taksi xidmətinə bənzəyir:

“ Taksi xidməti kimi karqo da rəqabətli sahələrdən biridir. Belə bir qərarın verilməsi karqo şirkətlərinə mənfi təsir göstərə bilər. Bundan çıxış yolu kimi bu tip şirkətlər öz işlərinə yenidən baxmalıdırlar. Karqo şirkətləri daha ucuz, təhlükəsiz və tez xidmət vəd edəcəklərsə, bu zaman fəaliyyət göstərə biləcəklər. Müəyyən mənada bu proseslər rəqabətin güclənməsinə də səbəb ola bilər. Karqo şirkətləri gərək rəqabətə tab gətirsin.
Yox, əgər bu şirkətlər bir- bir sıradan çıxacaqsa, o zaman çatdırılma xidmətlərində qiymətin artmasına şahidi olacayıq”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar