Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda bu binaların sakinlərinə ŞAD XƏBƏR - Hökumət hərəkətə keçdi...

10-05-2023, 14:27   


“Bakıdakı 3 minə yaxın “Xruşşovka” bina ilə bağlı işlər aparılır”.

Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Bəs həmin binaların sökülməsi təxminən nə qədər vaxt ala bilər?

Əmlak eksperti Ramil Osmanlı Musavat.com-a açıqlamasında bildirib ki, ilk növbədə həmin tikililərin hansının qəzalı olub, hansının istismara yararlı olması müəyyənləşdirilir. Bundan sonra onların sökülməsi, utilizasiyası və digər istiqamətlərlə bağlı qərarlar qəbul olunur.

ramil.jpg (150 KB)

Ekspert qeyd edib ki, “Xruşşovka” binaların sayı çox olduğuna görə indiki halda hökumətin o binaları söküb yerində yeni binalar tikməsi və yaxud oradakı sakinlərin başqa binalarda məskunlaşdırılması məsələsi müəyyən investisiya proqramlarına bağlıdır:

“Bu, birbaşa dövlət tərəfindən həyata keçirilə biləcək bir məsələ deyil. Çünki kifayət qədər böyük vəsait tələb edir. Bu istiqamətdə işlər görülür. Bir müddət əvvəl pilot layihələr var idi. Sonradan həmin layihələr dayandırıldı, pilot layihələri başqa layihələr əvəz etdi. Hökumət yenidən həmin istiqamətə qayıtmaq barədə müəyyən müzakirələr aparır. Bəlkə də adı pilot layihə olmayacaq, amma prioritet ondan ibarətdir ki, Bakı şəhərində qısa müddətdə şəhərsalma tədbirləri sürətləndirilsin və köhnə yaşayış fondu yenilənsin. Bura “Xruşşovka” binalarla yanaşı, 60-cı illərə qədər inşa olunmuş “İtalyan”, “Minsk”, “Stalinqrad” layihələr və s. daxildir. Həmin layihələrin tədricən sökülüb sıradan çıxması, orada yaşayan insanların məskunlaşması məsələsi müzakirə obyektidir. Yəqin ki, müzakirələrin gedişatı və nəticələri barədə məlumat veriləcək. Bildiyim qədər, Türkiyədə baş verən zəlzələlərdən sonra hökumət şəhərsalma tədbirlərində boş ərazilərə, torpaq sahələrinə deyil, qeyd etdiyimiz istiqamətlərə diqqətin artırılması barədə müvafiq icra hakimiyyətlərinə göstəriş verib”.

xrus.jpeg (192 KB)

Ekspert xatırladıb ki, pilot layihələrin icrası zamanı qanunvericiliyin digər tələbləri pozulurdu:

“Həmin layihələrin icrası zamanı bəzən sahibkar 2  “Xruşşovka” binanın yerində 2-3 bloklu çoxmənzilli bina inşa edirdi. Bu da həmin ərazi üzrə infrastrukturun qurulması və bərpasında ciddi problemlər yaratdı. 2019-cu ildən Bakı şəhərində sıxlıq əmsalı tətbiq olunmağa başladı. Sıxlıq əmsalının tətbiqinin mahiyyəti ondan ibarət idi ki, qeyd etdiyim problemlərlə (5 mərtəbəli binanın yerində 2-3 bloklu 16-18 mərtəbəli binanın tikilməsi) bağlı işlər planlı şəkildə görülsün. Layihələndirmə işləri qanunvericiliyə uyğun şəkildə həyata keçirilsin. Eyni zamanda şəhərin mövcud sıxlıq əmsalı qorunsun, yüklənmə çox olmasın. Hesab edirəm ki, gecikmiş də olsa, doğru qərar idi”.

Ramil Osmanlı vurğulayıb ki, məsələnin tam həllini tapacağı vaxtla bağlı proqnoz vermək çətindir:

“Bizim təklifimiz ondan ibarətdir ki, bu istiqamətdə fəaliyyət göstərən tikinti şirkətlərinə, investorlara müəyyən imtiyazlar verilsin. Söhbət yerli investorlardan gedir. Bunlar baş vermədikcə biz bazarda 5-10 şirkətin fəaliyyətini müşahidə edəcəyik ki, bu da həmin ərazilərin 3-5 il ərzində sökülüb yenilənməsi üçün yetərli deyil. İşlərin daha sürətli şəkildə həyata keçirilməsinin təmin olunması məqsədilə hətta lazım olarsa, bu investisiya proqramına qoşulan tikinti şirkətlərinə müəyyən vergi və digər güzəştlər tətbiq etmək olar. Müəyyən zamanlarda xarici investorların bazarda iştirakını müşahidə etmişik. Hesab edirəm ki, bu, ümumi bazar üçün yetərli deyil. Çünki onların sayı həddindən artıq az olub. Xarici investorların çox olması ölkəyə pul axınını artıra bilər, tikinti sektorunda rəqabətin güclənməsinə, şəhərsalma tədbirlərinin sürətlənməsinə gətirib çıxara bilər, məşğulluğun artmasına töhfə verə bilər. Eyni zamanda bazarda qiymətin optimallaşmasına gətirib çıxara bilər. Bir sözlə, hesab edirəm ki, kifayət qədər geniş iqtisadi təsirləri ola bilər”.  

Aytən Novruz
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar