Hökumət gediş haqqını artırsa da: Şirkətlər yeni avtobus almır

26-05-2023, 15:15   

 

Hökumət gediş haqqını artırsa da: Şirkətlər yeni avtobus almır 

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3,8 milyon ABŞ dolları dəyərində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi (əsasən avtobus) idxal edib. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 dəfə azdır.

Qeyd edək ki, bir müddət öncə şirkətlər avtobusların texniki problemlərinin həlli və avtobus parkının yenilənməsi ilə bağlı maliyyə çatışmazlığının olması barədə hökumətə müraciətlərində ictimai nəqliyyatda qiymətlərin artırılması təşəbbüsü ilə çıxış etmişdilər.

Bundan bir müddət sonra isə nəqliyyatda qiymət artımı müşahidə edildi. Ardınca sərnişindaşıma şirkətlərinin daha bir müraciəti yayıldı və onlar eyni səbəbləri əsas gətirərək subsidiyanın bərpasını istədilər. 

Cari ilin ilk 4 ayında ötən illə müqayisədə 10 dəfə azalma varsa, səbəb nədir?  Avtobus parkı tamamilə yenilənib, yoxsa şirkətlər göstərilən səbələrdən avtobus almağa daha maraqlı deyil? 

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Cebhe.info-ya bildirib ki, mövcud vəziyyətlə bağlı maraqlı məqam bu gün ölkədə avtobusların yenilənməsinə, xüsusilə də sərnişindaşımaya şirkətlərin marağının azalmasıdır: 

“Bunun başlıca səbəbi kimi qiymətlərin onları qane etməməsi göstərilir. Yəni bu gün sərnişindaşımadan daxil olan gəlirlərin azalması və onların xarici ölkələrdən avtobus idxalına müəyyən dərəcədə məhdudiyyətlər tətbiq olunduğu qeyd edilir. Yəni bildirirlər ki, iqtisadi durum buna imkan vermir.

Tam əminliklə deyə bilmərik ki, Azərbaycan, xüsusən də paytaxt və ətraf qəsəbələrin avtobus, sərnişindaşıma bazası tam yenilənib, müasir standartlara cavab verir. Hələ də xətlərdə köhnə avtobuslar var, hətta bəzilərinin istismar müddəti bitib. Ona görə də problemlər yaşanır. Sahibkarlar da indiki vəziyyətdə avtobusların yenilənməsinə maraq göstərmirlər.

Ona görə ki, avtobusların xarici ölkələrdən idxalı, baha olması, ehtiyat hissələrinin də qiymətlərinin yüksək olması sonda belə məsələlərin gündəmə gəlməsinə səbəb olur”. 

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar