Bu parlament seçkilərində ATƏT-i eşidən oldumu

7-09-2024, 15:01   



ATƏT-n seçki müşahidə missiyası

Hər həftəsonu həftə boyunca ölkədə baş verənlərə nəzər salır, AzadlıqRadiosunun işıqlandırdığı mövzuların icmalını diqqətinizə çatdırırıq.

Azərbaycan daha bir seçkini geridə qoydu. Bir ildə ikinci növbədənkənar, bu dəfə parlament seçkilərini. MSK-nın elan etdiyi ilkin nəticələrə görə, hakim YAP deputat mandatlarının 54.4 faizini əldə etməklə parlamentdə üstünlüyü saxlayıb.

YAP təmsilçiləri seçkiləri "milli demokratiyanın yeni bir səhifəsi" adlandırsa da, müxalifət onun hakimiyyətin tam nəzarəti altında keçdiyini bildirdi.

AzadlıqRadiosu bu dəfə də müxtəlif məntəqələrdə seçki pozuntularını jurnalistlər, müşahidəçilər vasitəsilə sənədləşdirdi. Bu dəfə də qutulara topa bülletenlər atılması, bir nəfərin bir neçə dəfə səs verməsi, jurnalistlərə, müşahidəçilərə təzyiqlər baş verdi.

Sumqayıtdakı 42 saylı Birinci seçki dairəsinin 12 saylı məntəqəsində seçki komissiyanın üzvləri bülletenləri jurnalistlərin, müşahidəçilərin gözü qarşısında saymamaq üçün müxtəlif fəndlərə əl atdılar.

'-Bülletenləri hara aparırsınız?'. '-Oğurlamağa". Sumqayıtda seçkidən sonra
 EMBED PAYLAŞ
Kod yaddaşa götürüldü
 

en  px hündürlük  px

The URL has been copied to your clipboard
 
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available


0:002:380:00






Yaxud Neftçalada 70 saylı dairədə bəzi məntəqələrdə müşahidə aparılmasına əngəllər yaradıldı.

Seçici iştirakçılığının rəsmi olaraq 37 faiz göstərilməsi də müzakirələrə səbəb olub. Müstəqil siyasilər bu rəqəmin 10 faiz civarında olduğunu deyirlər. Belə aşağı seçici fəallığından dolayı seçkilərin legitim sayılmadığını deyənlər də var.

Yerli medianın görməzdən gəldiyi hesabat

ATƏT DTİHB və ATƏT PA-nı təmsil edən Beynəlxalq Müşahidə Missiyası seçkinin məhdudlaşdırıcı mühitdə, rəqabətsiz keçdiyini bildirdi. Vurğulandı ki, mövcud şərtlər seçkinin demokratik standartlara uyğun keçdiyini deməyə əsas vermir.


Bundan sonra Avropa İttifaqının sözçüsü Peter Stano Azərbaycanı ATƏT tövsiyələrini yerinə yetirməyə, Azərbaycan XİN-in sözçüsü isə Aİ rəsmilərini Azərbaycanın daxili işlərinə "uğursuz" müdaxilələr etməməyə çağırıb. Sentyabrın 4-də Birləşmiş Ştatlar da ATƏT-in mövqeyini bölüşdüyünü bildirib.

İndilik beynəlxalq müşahidəçilərin ilkin dəyərləndirməsinə başqa rəsmi reaksiya verilməyib.

Adətən hakimiyyətin tezislərini yayan media qurumları isə ATƏT DTİHB-nin hesabatı barədə, demək olar, xəbər vermədilər, sanki bu sənədi görməzdən gəldilər.

Yalnız sentyabrın 1-də yayılmış xəbərdə hesabatın seçki bitməmiş hazır olduğu deyilirdi. Qeyd edək ki, müşahidə missiyası Azərbaycanda avqustun 1-də fəaliyyətə başladığını bildirib və aralıq hesabat da açıqlanmayıb. Bu baxımdan, 22-səhifəlik hesabatın seçki bitəndən sonra, bir gecəyə hazırlanacağını gözləmək sadəlövhlük olardı, özəlliklə də seçkiqabağı mühitlə bağlı hissələrin seçki gününədək hazırlanması təəccüb doğurmamalıdır.

Maraqlıdır ki, hakimiyyət mediası seçki günü digər müşahidəçi qruplarının - MDB, ŞƏT, TürkPA və digərlərinin seçki prosesi ilə bağlı müsbət rəylərini ard-arda, həm də qırmızı şriftlərlə verirdi. Məsələn, MDB-dən olan müşahidəçilər Azərbaycan vətəndaşlarının bütün seçki hüquqlarının tam həyata keçirildiyini deyirdilər. Yaxud Qırğızıstandan gələn müşahidəçi seçkilərdə qanunla nəzərdə tutulmuş bütün qaydalara yüksək səviyyədə riayət olunduğunu vurğulayırdı. Mozambikli müşahidəçi isə Azərbaycan xalqını təbrik edərək deyirdi ki, "parlamentdə kimin təmsil olunacağı ilə bağlı öz seçimini etmək çox vacibdir".

Demokratik Seçkilər uğrunda Avropa Platformasından Lukaş Kondraçuk AzadlıqRadiosuna həmin müşahidəçilərlə bağlı apardıqları araşdırmadan danışıb.


Lukaş Kondraçuk: 'Azərbaycanla bağlı araşdırma aparanda gördüklərimiz bizi şoka saldı'
 EMBED PAYLAŞ
Kod yaddaşa götürüldü
 

en  px hündürlük  px

The URL has been copied to your clipboard
 
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available


0:0011:250:00






Əslində isə ən etibarlı seçki dəyərləndirməsi məhz ATƏT DTHİB-nin hesabatı sayılır. Əvvəlki seçkilərin təcrübəsinə baxsaq, məhz ATƏT-dən sonra ABŞ da onun mövqeyini paylaşdığını bildirir.

11 il öncə, 2013-cü ilin oktyabrında keçirilən prezident seçkisindən sonra Avropa Sabitlik Təşəbbüsü bu seçkilərin beynəlxalq müşahidəsinə dair "Rüsvayçılıq. Azərbaycan və seçki monitorinqinin sonu" adlı hesabat dərc etmişdi. Həmin hesabatda da deyilirdi ki, Azərbaycanı 50 beynəlxalq seçki monitorinq qrupu izləyib, onların hamısı, ATƏT DTİHB missiyasını çıxmaqla, seçkini "azad, ədalətli və şəffaf" adlandırıb.

Görünən odur ki, ötən 10 ildə ölkədə seçki praktikası dəyişmədikcə, ATƏT DTİHB-nin rəyi də dəyişməz qalır. Qurum bu il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisindən sonra da bildirmişdi ki, Azərbaycanda fundamental azadlıqlara məhdudiyyətlər əsl demokratik seçki standartlarına ziddir.

ATƏT DTİHB-nin hər dəfə icrasının vacibliyi vurğuladığı tövsiyələrə isə seçki qanunvericiliyində dəyişikliklər edilməsi, sərbəst toplaşmaq azadlığının təminatı, seçki administrasiyasının tərəfsizliyi, namizədlərin qeydiyyatının asanlaşdırılması, media mühiti və başqa məsələlər daxildir.

ATƏT 1995-ci ildə ilk parlament seçkilərini belə dəyərləndirib

ATƏT DTİHB-nin Azərbaycanla bağlı ilk seçki hesabatı 1995-ci il parlament seçkiləri ilə bağlıdır. Həmin il beynəlxalq müşahidəçilər Azərbaycan hökumətinin dəvəti ilə 12 noyabr parlament seçkilərini və Konstitusiya referendumunu izləyiblər. Missiyanın 1996-cı ilin yanvarında açıqladığı hesabatda deyilirdi ki, Azərbaycanın post-müstəqillik dövrünün ilk parlament seçkiləri çoxpartiyalılıq, çoxnamizədlilik əsasında keçib. Müxalifət partiyaları və namizədləri seçkidə iştirak edə bilib. Onlara, eləcə də müstəqil namizədlərə dövlət televiziyasında pulsuz efir vaxtı verilib.

Amma missiya seçki kampaniyasının, səslərin sayılmasının bir çox aspektlərdə beynəlxalq normalara uyğun gəlmədiyini də vurğulayıb. Missiya seçki rəsmilərinin seçici fəallığını artırmaq üçün rəqəmləri şişirtdiyini, səs sayma zamanı yerli müşahidəçilərin məntəqələrdən çıxarılması hallarının olduğunu da qeyd edib.

Bu həftə Mərkəzi Seçki Komissiyası bəzi dairələrdən gələn şikayətləri araşdırılmaq üçün elə həmin dairələrə yönəltdi. Onların içində pozuntuların sosial şəbəkədə yayıldığı qalmaqalları dairələr də var.

Gələn həftə isə MSK seçki protokollarını Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.