"Full - D" şirkəti ölkədə monopoliya yaradır - Prezidentə faktlar

19-12-2024, 09:35   








Ölkədə iribuynuzlu heyvanların idxalı ilə bağlı "Full - D" şirkətinin monopoliya yaratdığı iddia olunur. Anaxeber.info məlumat verir ki, bu haqda mətbuat səhifələrində gedən araşdırma materiallarında qeyd olunur. Müxtəlif media resurslarında xəbər verilir ki, inhisarçı şirkətin sahibi Dadaş Şükürovdur. Mətbuatın araşdırmalarına görə, Dadaş Şükürovun rəhbərlik etdiyi firma qonşu ölkədən mal-heyvan idxalını həyata keçirir. Lakin məlum olub ki, ölkə üzrə bu idxalın reallaşdırılması üçün başqa şirkətlərə şərait yaradılmır və AQTA ciddi məhdudiyyət yaradır. KİV-də gedən xəbərlərdə o da deyilir ki, Dadaş Şükürov təkcə "Full - D" şirkətinə rəhbərlik etmir, o cümlədən "Aqrora", "Aqromed" və "Aqrounion 2024" firmalarının da ona məxsus olduğu xəbər verilir. Dadaş Şükürov Laçın rayonunun Cicimli kəndindəndir. Bildirilir ki, onun dövlətə 1.4 milyon manat vergi borcu mövcuddur. Bundan əlavə, o, 2003-cü ildə həbs edilib. İş adamı 308.2 və 177.3.2 maddələri ilə ittiham olunub. Bu maddələr üzrə məhkəmə onu 7 il azadlıqdan məhrum edib. Bu barədə xəbər portalları məlumat yayıb. Eyni zamanda, Dadaş Şükürov 2017-ci ildə yenidən həbs edilib. Bu dəfə Pirallahı rayonundakı neft kəmərlərini satmaq ittihamı ilə saxlanıb. İndisə biznes fəaliyyəti ilə məşğul olan Dadaş Şükürov Rusiyadan mal-heyvan idxalına görə inhisarçılıq yaratmaqda ittiham edilir. Lakin onun təkbaşına bu işlərin öhdəsindən gəlmədiyi vurğulanır. Mediada dərc olunan iddialara görə, Dadaş Şükürova himayədarlıq edən iki əsas və böyük güc var - biri professor, milyarder İlham Rəhimovun Azərbaycandakı işlərini görən Teyyub Hüseynov, digəri isə professorun oğlu, Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimovdur. Həmçinin, Dadaş Şükürova dəstək verən tərəflərdən birinin də AQTA sədrinin müavini Balarəhim Quliyev və baş baytar Qalib Əbdüləliyev, eləcə də AQTA-nın Sumqayıt regional idarəsi rəisi olduğu deyilir. Bir sözlə, "Full - D" yüksək səviyyədə aldığı dəstək hesabına iribuynuzlu heyvanların idxalında monopoliya "kralı"na çevrilib. Göründüyü kimi, şirkətin həm gömrük, həm qida sektorundan mühüm himayəsi var. Amma idxal edilən heyvanların virus, xəstəlik daşıyıcısı olub-olmadığını müəyyən etmək çətindir. Çünki gömrük orqanlarında və AQTA-da ciddi dəstəyə malikdir. Media yazır ki, professorun yaxın adamının da ona dayaq olması bu biznesi genişləndirməsinə səbəb olmaqdadır. Bununla belə səslənən iddiaları dəqiqləşdirmək, media prinsiplərinə uyğun olaraq qarşı tərəfi dinləmək üçün yazıda adı keçən bütün şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar