“Zeytunluq”dakı yaşıllıqlar məhv olub gedir, sakinlər nazirliyə üz tutdu

22-11-2024, 13:13   






Bakının 9-cu mikrorayon ərazisində yerləşən məşhur “Zeytunluq” massivində yaşıllıqlar məhv olub getməkdədir. Anaxeber.info bildirir ki, bu barədə ətrafda yaşayan sakinlər həyəcan təbili çalır. Onların “Azadlıq” radiosuna bildirdiyinə görə, meşəliyə baxılmır, ağaclar susuzluqdan məhv olur. Yerli adamlar Ekologiya və Təbii Sərvətlər Nazirliyini, aidiyyatı qurumları “Zeytunluq”dakı yaşıllıqlara qayğı göstərməyə çağırırlar. Onlar qeyd edirlər ki, burada Heydər məscidi fəaliyyət göstərir və belə bir mühüm əraziyə diqqətsizlik göstərilməməlidir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar