“Dokta” apteklər şəbəkəsində saxta dərmanlar aşkarlandı

Dünən, 09:42   






Azərbaycanda apteklər şəbəkəsinə sahib olan “Dokta” MMC dərman vasitələri haqqında qanunvericiliyi pozduğuna görə cərimələnib.
XALQ.AZ-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 221.1-ci (Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.


Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.


Xatırladaq ki, sözügedən inzibati xətaya görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

facebook sharing button
twitter sharing button
whatsapp sharing button
messenger sharing button
telegram sharing button
vk sharing button
odnoklassniki sharing button
gmail sharing button
email sharing button


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar