Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“BƏS NİYƏ ATƏŞ AÇMIRSINIZ?!...” – Dövlətə xəyanətdə ittiham olunan Fidanın səs yazısı yayıldı + VİDEO

8-09-2023, 20:39   



Xəbər verildiyi kimi, iyulun 3-də dövlətə xəyanətdə ittiham olunan Əliyeva Fidan Teymur qızı saxlanılıb.

Qeyd edək ki, adıçəkilən şəxs barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində 20 yaşlı Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırmaları keçirilir. Fidan Əliyeva Ermənistana casusluqda, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşı vasitəsilə Azərbaycan haqda məlumatlar ötürməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Məlumata görə, Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 2022-ci il dekabrın 12-dən başlanan və 138 gün davam edən etiraz aksiyasının iştirakçıları arasında Fidan Əliyeva da olub. Onun “Telegram” platforması üzərindən tanış olduğu Ermənistan xüsusi xidmət orqanı əməkdaşına məlumatlar, video və fotoşəkillər göndərdiyi bildirilir.

“AzPolitika.info” xəbər verir ki, sosial şəbəkələrdə F. Əliyevanın “Telegram” tətbiqi üzərindən Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşına göndərdiyi səs yazıları və video ilə bağlı məlumatlar yayılıb.

Həmin səs yazılarında F. Əliyeva əlaqə qurduğu şəxsdən sülhməramlıların ekofəallara qarşı niyə atəş açmadığını soruşur, eyni zamanda, İrəvanda təhsil almaq istəyinin olduğunu dilə gətirir. Sözügedən səs yazısında F. Əliyevanın səsləndirdiyi digər fikirlər isə bunlardır:

- Gələ bilərsən aksiya keçirdiymiz əraziyə, harda ki, biz “sirk” keçiririk?

- Sülhməramlılar olan yerə, heç olmasa görüşərdik. Bəs niyə atəş açmırsınız? Qoy gəbərsinlər.

- Yaxşı nə dediyimi unut, gəl məni götür xahiş edirəm.

- Mən İrəvanda oxumaq istəyirəm. Orada insanlara kömək etmək istəyirəm. And içirəm ki, elə istəyirəm, ürəkdən...

Qeyd edək ki, F. Əliyevanın aksiya keçirilən ərazidən həmin şəxsə göndərdiyi video da ortaya çıxıb.

“AzPolitik.info”




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar