Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sertifikasiyadan keçə bilməyən şəhid anası işsiz qalıb?- RƏSMİ

18-09-2023, 20:13   


Sertifikasiyadan keçə bilməyən şəhid anası işsiz qalıb?- RƏSMİ 


2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. 

İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib. 

“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü ildən xitam verilməsi prosesinə başlanıldı.

Qeyd edək ki, artıq sertifikasiyadan keçməyən müəllimlərin fəaliyyətinə xitam verilib. Həmin müəllimlərdən biri də Bakı şəhəri, Yasamal rayonu İlqar İbrahimov adına 167 saylı məktəbin ibtidai sinif müəllimi Süsən Yusifovadır. 

Xatırladaq ki, Süsən Yusifova şəhid Taleh Yusifovun anasıdır. Onun da əmək fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələni dəqiqləşdirmək üçün adıçəkilən məktəbə müraciət edən Cebhe.info-ya faktı təsdiqləyiblər. 

Bildirilib ki, sertifikasiyadan keçmədiyinə görə müəllimin fəaliyyətinə xitam verilib. Ancaq bununla yanaşı, Süsən Yusifova hazırda məktəbdə günü uzadılmış qrup müəlliməsi kmi fəaliyyətini davam etdirir. 

Onu da qeyd edək ki, ümumiyyətlə, sertifikasiya prosesində şəhid ailələrinə hansısa güzəşt nəzərdə tutulmur. 

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar