Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Müsavat başqanının oğlu saxlanıb

1-11-2023, 08:22   


Oktyabrın 31-də Azərbaycanda müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı saxlanıb. Bu barədə AzadlıqRadiosuna Arif Hacılı özü məlumat verib.

Arif Hacılı qeyd edib ki oğlu Orxan Hacılı 20 gün əvvəl baş vermiş avtomobil qəzası ilə əlaqədar həbs olunub:

"Bu müddət ərzində müxtəlif mənbələrdən bizə gələn məlumata görə, həmin qəza zamanı digər maşında olan sürücünün xəsarət alması ilə əlaqədar sənədləşmə aparmaq cəhdləri olub, amma o müayinədən keçdikdən sonra heç bir xəsarəti olmadığı məlum olub. Həmin sürücü də Orxana qarşı hər hansı bir şikayətin olmadığını bildirib".

Arif Hacılı qeyd edib ki, belə olan halda bu məsələ ilə əlaqədar təhqiqat qanuna görə bağlanmalıdır:

"Ancaq üzərindən 20 gün keçdikdən sonra birdən-birə oğlumu Yasamal Rayon Polis İdarəsinə dəvət ediblər. Orada bildiriblər ki, hansısa başqa bir şəxs maşınlar toqquşarkən oradan keçirmiş, o güya xəsarət alıb və şikayət edib".

Müsavat Partiyası başqanın sözlərinə görə, yayılan video görüntülərdən də görünür ki, hadisə yerində başqa heç kim yoxdur:

"Əgər orada kimsə olsaydı ora gələnlər də onu görərdilər. Bu barədə mətbuata məlumat verənlər yəqin ki, orada kimsə xəsarət alsaydı, bu barədə informasiya yayardılar. Açıq aydın görünür ki, bu tamamilə uydurulmuş bir işdir və konkret olaraq burada siyasi məqsədin olduğu aydın şəkildə görünür".

Arif Hacılı əlavə edib ki, oğlu 48 saatlıq şübhəli şəxs qismində saxlanıb.

Daxili İşlər Nazirliyindən “Turan”a bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.

Amma bütün bu deyilənlərlə bağlı qəzada digər maşında olan sürücü və başqa maraqlı tərəflərlə isə, hələlik, danışmaq mümkün olmayıb.

Oktyabrın 20-də bəzi yerli media və sosial şəbəkələrdə Bakının Yasamal rayonunda Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının da iştirakçısı olduğu bildirilən qəzanın görüntüsü yayılmışdı. Hadisənin isə oktyabrın 11-də baş verdiyi deyilir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar