Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Halal dərmanların tərkibində nə olacaq? – 'Alkoqol, yaxud donuzun hansısa komponentlərindən...'

6-11-2023, 08:49   


“Halal dərmanların tərkibində yəqin ki, alkoqol, yaxud donuzun hansısa komponentlərindən istifadə olunmayacaq. Yəni adından da bəlli olduğu kimi halal dərman olacaq”.

Valyuta.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

Onun sözlərinə görə, dünyada belə bir təcrübə mövcuddur.

Nazir müavini vurğulayıb ki, dərmanların saxlanma şəraiti onun formaseptik formasından asılıdır.

R.İsmayılov bildirib ki, dərindən araşdırma aparıldıqdan sonra halal dərman istehsalı ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu ölkədə halal dərman vasitələrinə dair dövlət standartı qəbul edib. Bu standart İslam Qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur.

Standart, halal dərman məhsulları üzrə halal statusunun qorunub saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək. Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə rəsmi qaydada razılaşdırılıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar