Bakı Tehranı Mehdi Sübhaninin təxribat xarakterli bəyanatı ilə bağlı tədbir görməyə çağırır/YENİLƏNİB/

12-11-2023, 09:38   


 

 10 noyabr 2023-cü il tarixində İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sübhaninin Ermənistanın “CivilNet” platformasına verdiyi müsahibə zamanı səsləndirdiyi təxribat zarakterli əsassız fikirləri qətiyyətlə pisləyirik.  Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin səsləndirdiyi qərəzli fikirlərə dair şərhində bildirilir.

 

 

Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə xələl gətirən bu fikirlər eyni zamanda, iki ölkənin prezidenti arasında 9 noyabr 2023-cü il tarixində Daşkənddə baş tutmuş görüş zamanı İran Prezidenti tərəfindən səsləndirilən fikirlərlə ziddiyyət təşkil edir. Belə ki, sözügedən görüş zamanı İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünü təmin etdiyini, Qarabağın yenidən Azərbaycana qovuşduğunu sevinclə qeyd edib. 

 

İran Prezidentinin sözləri, habelə son dövrlərdə Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanın fonunda İran səfirinin ərazi bütövlüyümüz və suverenliyimizə qarşı səsləndirdiyi fikirləri təxribat kimi qiymətləndiririk.

 

«İran tərəfindən isə münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısının alınmasını, habelə səfir tərəfindən səsləndirilmiş fikirlərlə bağlı İran tərəfindən müvafiq addımlar atılacağını gözləyirik»,  - deyə Hacızadə vurgulayıb.—06D-.

 

*   *   *

2023 Noyabr 11 (Şəmbə) 22:31:03

Rəsmi Bakı İranın həyasızlığına dözməkdə davam edir

       Bakı/11.11.23/Turan: Rəsmi Tehran hədsiz ikiüzlülüyünü bir daha nümayiş etdirdi. Belə ki, bir gün əvvəl bu ölkənin prezidenti Ibrahim Rəisi İlham Əliyevi əmin etdi ki, digər dövlətlərin İranla Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri uğursuzluğa məhkumdur.

    Rəisi Əliyevi Qarabağın işğaldan azad edilməsi münasibətilə təbrik edib və onun bərpasına kömək etməyə hazır olduğunu bəyan etdi.

    Ertəsi gün İranın Ermənistandakı səfiri Mehdi Sobhani CivilNet-ə müsahibəsində əslində İran prezidentinin sözlərini təkzib edib.

“Biz beynəlxalq qaydalar çərçivəsində Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Amma bu o demək deyil ki, Dağlıq Qarabağ əhalisinin hüquqları itiriləcək. Dağlıq Qarabağ xalqının hüquqlarına hörmət edilməli və onların öz müqəddəratını təyin etmək hüququ olmalıdır. Bu, Azərbaycanın gözardı edə bilməyəcəyi faktdır”, - deyə Sobhani bildirib.

    O, Zəngəzur dəhlizi mövzusuna toxunaraq deyib ki, İran əlaqə kanallarının bərpasının əleyhinə deyil, Ermənistanın nəzarətindən kənarda yolların olmasını qəbuledilməz hesab edir.

    “Biz Ermənistanın suverenliyindən kənara çıxan və Ermənistanın müstəqilliyini şübhə altına alan o kommunikasiyaların əleyhinəyik”, - deyə Sobhani bildirib.

 

     Səfirin Qarabağla bağlı mövqeyi əslində bu bölgəyə siyasi statusun verilməsi tələbi kimi səslənir. Bu həyasızlıqdan başqa bir şey deyil. Nəzərə alsaq ki, bu cür davranış İran rəsmiləri üçün demək olar ki, təbiidır, təəccüblənməyə dəyməz. Ona görə də Sobhaninin rəhbərliyinin, o cümlədən onun naziri və ya İran rəhbərinin eyni şeyi açıqlaması qəribə olmayacaq.

 

       Maraqlıdır ki, Sobhani bir vaxtlar İranın Azərbaycandakı səfirliyinin ikinci katibi işləyib.

 

        Nəzərə alsaq ki, rəsmi Bakı İranın Bakıdakı hazırkı səfiri Abbas Musəvinin Azərbaycan adından İsraili və onun səfirini təhdid etməyə imkan verib və bu həyasızlığı udub, çətin ki, Azərbaycan Xarici İşlər Nazirliyi Sobhaninin cəfəngiyyatına reaksiya versin. -

Bakı/11.11.23/Turan: 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar