ABŞ bir həftə ərzində dörd jurnalistin həbsindən sonra Bakını insan hüquq və azadlıqlarına hörmət etməyə çağırıb

29-11-2023, 12:06   


Çərşənbə axşamı ABŞ Azərbaycanda müstəqil jurnalistlərin, bir həftə ərzində dörd nəfərin həbsindən narahatlığını bildirib.

"Biz jurnalistlərin həbsindən çox narahatıq: Ülvi Həsənli, həmçinin həbsdə ona qarşı fiziki zorakılıq barədə iddialar, Sevinc Vaqifqızı, Əziz Orucov, eyni zamanda mülki fəal Məhəmməd Kekalov", - Dövlət Departamentinin nümayəndəsi Turan-ın sorğusuna cavab olaraq bildirib

"Biz Azərbaycan hökumətini hər kəsin, o cümlədən ifadə azadlığını həyata keçirənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırırıq", - Dövlət Departamentinin nümayəndəsi əlavə edib. "Kanal 13" İnternet-telekanalının rəhbəri Orucov hüquq-müdafiə qruplarının "KİV ovu" adlandırdıqlarının son hədəfi olub. Dünən həbs edilib və "icazəsiz tikinti"də ittiham olunub. Onu  üç ilə qədər həbs təhlükəsi gözləyir.

Bu, Bakı rayon məhkəməsinin müstəqil "Abzas Media" onlayn nəşrinin əməkdaşları Həsənli, Vaqifqızı və Kekalovu həbs etməsindən bir neçə gün sonra baş verib. Onlar pul qaçaqmalçılığında ittiham olunublar. Onları səkkiz ilədək həbs cəzası təhlükəsi gözləyir.

Çərşənbə axşamı Azərbaycan Xarici İşlər Nazirliyi "Abzas Media"nın dəstəklənməsi üzrə "qanunsuz maliyyə əməliyyatlarına" etiraz etmək üçün qəfildən ABŞ, Almaniya və Fransa səfirlərini çağırıb. Nazirliyin bəyanatında deyilir ki, diplomatlara bildirilib ki, onların səfirlikləri və "həmin ölkələrdə qeydiyyatdan keçmiş təşkilatlar" KİV-ə maliyyə dəstəyi göstərərək qanunsuz hərəkətlər törədiblər. Bəyanatda bu iddiaları təsdiqləyən heç bir sübut göstərilmir. Lakin son vaxtlar Azərbaycanın hökumətyönlü KİV-i antiqərb ritorikasını gücləndirir və ABŞ-ın dəstəklədiyi fondların fəaliyyətinə qarşı "tədbirlər görməyə" çağırır. Əsasən, ötən həftə "AbzasMedia" reportyorlarının həbsindən sonra hökumətyönlü Report.az saytı  redaksiya məqalələri dərc edərək "Abzas" kimi KİV-in "Qərb donorları", o cümlədən USAİD tərəfindən "qanunsuz" maliyyələşdirildiyini bildirib.

Report.az "ABŞ QHT-ləri "təxribatçı maşın" rolunda: postsovet məkanında münaqişə güclənir" məqaləsində Gürcüstandakı tanış əhval-ruhiyyəni təkrarlayır ki, ölkənin Dövlət Təhlükəsizliyi Xidməti USAID-i "gürcü gənclərə iğtişaşlar təşkil etməyi öyrədən QHT-ləri maliyyələşdirməkdə" ittiham edib.  Sonra Report Sergey Lavrovdan sitat gətirib. O, son açıqlamalarında bildirib ki, ABŞ QHT-lərdən  təsir vasitəsi kimi istifadə edərək onları postsovet məkanında fəal şəkildə tətbiq edir.

Turan-ın “Niyə USAID bu regionda hücumların hədəfinə çevrilib?”  sualının cavabında Dövlət Departamentinin nümayəndəsi deyib: "USAID-in yardım layihələrilə bağlı bu cür ittihamlar yalandır və bizim yardımın məqsədini kökündən yanlış xarakterizə edir. Hər zaman olduğu kimi, bizim köməyimiz şəffafdır. Bütün dünya  USAID proqramları azad və dinc  cəmiyyətlərə yönəlmiş demokratik dəyərləri təbliğ edir". 


Vaşinqton/29.11.23 /Turan: 

Aleks Raufoğlu
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar