Sergey Lavrovun ATƏT-in iclasında iştirakı ilə bağlı mübahisələr davam edir

30-11-2023, 08:32   



Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin xarici işlər nazirlərinin cümə axşamı keçiriləcək illik toplantısı hələ işinə başlamamışdan əvvəl mübahisələrlə yadda qalacaq. Belə ki, Ukrayna və Baltikyanı ölkələr Rusiyanın xarici işlər naziri Sergey Lavrovun toplantıda olmasına görə, orada iştirakdan imtina edib və ATƏT-in digər üzvlərini bunu etməyə çağırıb.

Birləşmiş Ştatlar və müttəfiqləri Rusiyanın Ukraynaya təcavüzünə görə məsuliyyət daşımasının vacibliyini vurğulayaraq, ATƏT-də parçalanmanın qarşısını almağa çalışır. ABŞ Moskvanın addımlarını pisləsə də, konfransda iştirak edir.

"Soyqırım törədən, (ATƏT-ə) üzv bir dövlətə - Ukraynaya qarşı genişmiqyaslı hücum edən təcavüzkarla necə danışmaq olar?" - deyə, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna NATO nazirlərinin görüşü zamanı jurnalistlərə bildirib.

Estoniya illik rotasiya çərçivəsində ATƏT-ə sədrlik etməli olsa da, Rusiya bir neçə ay ərzində buna mane oldu. ATƏT-in Skopyedə Şimali Makedoniyanın sədrliyi ilə keçirilən iclasında sədrliyin neytral Maltaya təhvil verilməsi ilə bağlı son dəqiqə razılaşması da rəsmi şəkildə təsdiqlənməlidir.

Bir il əvvəl ATƏT-ə üzv ölkələrin sonuncu nazirlər toplantısını keçirən Polşa Lavrovu oraya dəvət etməmişdi.

ABŞ-ın fikrincə, ATƏT-in iclası Moskvanı məsuliyyətə cəlb etmək üçün uyğun formatdır.

ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter jurnalistlərə "Əvvəla, biz Rusiya ilə hər hansı qarşılıqlı əlaqəni planlaşdırmırıq. Biz həmçinin İkinci Dünya Müharibəsindən sonra Avropa qitəsində ən böyük müharibəyə səbəb olan bu təcavüz davam etdiyi bir vaxt adəti üzrə işləməyəcəyik. Rusiyanın vəhşiliklərini ifşa etmək üçün çox işlər görülüb və mən Rusiyanın Ukraynaya təcavüzünün bütün formalarda pislənəcəyini gözləyirəm" deyib.

Sonradan məlum olub ki, dövlət katibi Antoni Blinken Şimali makedoniyalı həmkarı və digər görüş iştirakçıları ilə yalnız çərşənbə günü keçiriləcək görüşlərdə iştirak edəcək və cümə axşamı Nazirlər Şurasının iclası başlamazdan əvvəl ölkəni tərk edəcək.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar