Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dekabrın 1-i, 2-si və 5-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ

30-11-2023, 11:45   


Sabah güclü maqnit qasırğası olacaq.

Musavat.com xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, geomaqnit sahəsi - 27-28 noyabrda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası olması gözlənilir.

Dekabrın 1-də isə aktivliyin artacağı, maqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yüksələcəyi, dekabrın 2-də yenidən G1 səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.

Dekabrın ilk günlərində TKA və Günəşin səthindəki Tac dəliyinin təsiri ilə geomaqnit sahəsinin aktiv səviyyələrdə olacağı və 5 dekabrda yenidən G1(zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

Musavat.com 



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar