Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qəbələdə polisin döydüyü deyilən uşağın atası həbs edildi, əmisi isə...

5-12-2023, 09:20   


Qəbələ rayonunun Vəndam qəsəbəsində polisin döydüyü deyilən uşağın atası həbs edilib, əmisinə isə ev dustaqlığı verilib.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin dekabrın 5-də axşam saatlarında yayılan birgə məlumatında bildirilir.

Rəsmi açıqlamaya görə, dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində xidməti vəzifələrini icra edən polis əməkdaşlarına zor tətbiq olunmasına dair rayon prokurorluğuna məlumat daxil olub.

İddia edilir ki, həmin qəsəbə sakini Səxavət Ağayev yol hərəkəti qaydalarını pozaraq sərxoş vəziyyətdə müvafiq etibarnamə olmadan “Vaz 2107” minik markalı avtomobilini idarə edərkən saxlanıb:

“Qardaşı Eldəniz Ağayevlə birgə... ictimai qaydanı pozmaları,... polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara daş parçası, yumruq və təpiklə xəsarət yetirərək... müqavimət göstərmələrinə, Qəbələ Rayon Polis Şöbəsinə məxsus avtomobili zədələmələrinə əsaslı şübhələr müəyyən edilib”.

Açıqlamaya görə, Eldəniz Ağayev Cinayət Məclləsinin 221.3 (silah qismində əşyalardan istifadə edilməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə), Səxavət Ağayev isə 221.2.1, 221.2.2 (bir qrup şəxs tərəfindən vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci maddələrilə ittihm olunurlar:“Məhkəmənin qərarı ilə Eldəniz Ağayev barəsində həbs, Səxavət Ağayev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib. Cinayət işi üzrə bütün hallar tam, hərtərəfli və obyektiv istintaq edilməklə təqsiri olan bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək”.

Ağayevlər ailəsi danışmır

AzadlıqRadiosunun müxbiri gün ərzində ailənin yaxınlarından cavab almağa çalışıb

Məhkəmə qərarından sonra bəzi ailə üzvləri bildiriblər ki, “mediaya danışsalar, onlar üçün daha pis olacağı deyilib”

Ailədə üzvləri və onların yaxınları baş verənlərlə bağlı açıq müsahibə vermək istəmədiklərini vurğulayıblar.

Qəbələdə uşağı döyən polis işdən çıxarılıb

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, bugünlərdə sosial şəbəkələrdə Qəbələ rayonunun Vəndam qəsəbəsində çəkildiyi bildirilən və polis formasında olan şəxsin bir uşağı döyməsinin göründüyü video yayılıb.

Bu görüntülər yayıldıqdan sonra Daxili İşlər Nazirliyi (DİN) də məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada iddia edilir ki, dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək təhlükəli vəziyyət yaradıb: "O, saxlanılan zaman onunla birlikdə olan yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər".

DİN vurğulayır ki, fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib: "Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o, daxili işlər orqanlarından xaric edilib".

Hələlik, DİN-in bu açıqlamasına S.Ağayevin vəkili və yaxınlarından münasibət almaq mümkün olmayıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar