Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

25-01-2024, 15:05   



Avropa Şurası Parlament Assambleyasının media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə məruzəçisi, Danimarkalı deputat Mogens Yensen Azərbaycan və Türkiyəni Avropada jurnalist hüquqlarının pozulması faktlarının sayına görə lider hesab edir.

"Jurnalistlərin və bütünlükdə media hüquqlarının pozulması halları hər yerdə artmaqda davam edir. 2015-ci ildə belə halların sayı 180 olub, 2022-ci ildə 280-ə çatıb.  

Ən pis vəziyyət Azərbaycan və Türkiyədədir. Bu ölkələrdə və bir sıra digər ölkələrdə jurnalistlərə ciddi hücumlar, o cümlədən qətl, təqib, mətbuat işçilərinə, xüsusən qadınlara qarşı qaralama kampaniyaları müşahidə edirik. 

Bu gün Avropada 68 jurnalist həbsdədir və bu, bizim həll etməli olduğumuz böyük problemdir", deyə Yensen AŞPA-nın bugünki sessiyasında Media Box resursuna müsahibəsində bildirib.

Bu məsələ ilə bağlı təklifləri haqqında suala cavabda mətbuat azadlığı üzrə məruzəçi Yensen belə deyib: "Biz bu ölkələrdən üzvü olduqları Avropa Şurasının standartlarına uyğun yaşamağı, belə halların baş verməməsi üçün qanunvericiliyi və onun tətbiqini dəyişdirməyi xahiş edirik. Biz həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməyə çağırırıq.

Eyni zamanda, bütün ölkələri mətbuatın inkişafı üzrə milli strategiya işləyib hazırlamağa və mətbuatın azadlığına və təhlükəsizliyinə hörmətə nail olmaq üçün mətbuat və hökumət arasında dialoqa başlamağa çağırırıq", deyə Yensen qeyd edib.

/turan.az


  •  
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar