7 fevraldan sonra "Dəmir yumruq" kimlərə dəyəcək? - Qələbə eyforiyası bitəndə...

25-01-2024, 15:19   





Azərbaycanda prezident seçkisindən sonra siyasi və iqtisadi blokda dəyişikliklər olacağı şəkk-şübhə doğurmur. Hakimiyyət də seçkiyə  növbədənkənar ona görə gedir ki, Zəfərin ardınca ilk belə seçkidir, ölkənin daxili siyasətində dəyişikliklər olunmalıdır. Anaxeber.info seçkidən sonra komandada yeniləmələri istisna etmir. Bəzi iqtidar KİV-ləri və siyasi şərhçiləri də bu proqnozları verməkdədir. Çünki islahatçı adlanan komandada özünü təsdiqləyə bilməyən məmurlar oldu. Habelə, Xankəndi paradından sonra sosial sifariş fərqlidir. Xalqın gözləntisi  qalib gəlmiş dövlətin vətəndaşının varlı, ehtiyacsız yaşamasıdır. Əhali ümid edir ki, iqtidar onun istəklərini dərk edir. Xalqa görə, neft-qaz dövləti, Fransaya, Qərbə meydana oxuyan bir xarici siyasəti olan bir hakimiyyətin ola bilməz ki, öz məmurlarına gücü çatmasın, kölgə iqtisadiyyatına "dəmir yumruq" göstərə bilməsin, şəffaflığı təmin etməyə, korrupsiya, monopoliyaya son qoymağa iradəsi çatmasın. Əhali hesab edir ki, Paşinyanı kapituliyasiyaya məcbur edən, Makronu və bütün antiAzərbaycan dairələri fakt qarşısında qoyan bir diplomatiya, hibrid savaş aparan hakimiyyət deməli, daxili siyasətə də əl gəzdirməyə qadirdir. O baxımdan iqtidar artıq elə bir nöqtəyə çatıb ki, sosial-iqtisadi reformaları səmimi şəkildə həyata keçirməyə məhkumdur. Əgər bunu etməsə, qələbə eyforiyası  getdikcə bitəcək, xalq yenə sərt reallıqlarla, gündəlik qayğılarla üzbəüz qalacaq. Prezident də eyham vurdu ki, Zəfəri istismar etmək olmaz. Amma bu ilk növbədə hakimiyyətin özündən asılıdır. Axı qalib ölkənin vətəndaşı bu sosial əzabların içində yaşaya bilməz, tam bir antoqonizmdi. Bu mənada 7 fevraldan sonra bir başqa idarəçilik, bir başqa ölkə olmalıdır. Bu, qaçılmazdır. Dünyada, regionda baş verən proseslər də belə diktə edir....


Azər Talıbov

Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar