Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Moskva Putinin Ermənistanda həbs olunmaması üçün Yerevandan qarantiya istəyir

13-02-2024, 08:31   


Kremlin sözçüsü Dmitri Peskov fevralın 12-də prezident Vladimir Putinin Ermənistana mümkün səfəri və orada mümkün həbsi məsələsinə toxunub.

Peskov TASS xəbər agentliyinin sualına cavab verərkən deyib ki, Ermənistan ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasına qoşulduqdan sonra Putinin ora səfər edə bilməsi üçün Moskvaya qarantiyalar verməlidir:

"Biz artıq demişdik ki, yeni reallıq, Ermənistanın bu beynəlxalq quruma qoşulması bizim ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Əlbəttə burada bizim erməni həmkarlarımızdan müəyyən zəmanətlər almağımız vacidbidr. Bu məsələ ikitərəfli dialoqda həllini tapmalıdır. Biz buna hazırıq”.



Paşinyan “mənlik deyil” deyib

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidentinin mümkün həbsi barədə sualın cavabında demişdi ki, “o Putin də daxil, bu və ya digər şəxsin həbsi məsələsinə baxmır”.

Ermənistan Haaqa məhkəməsinin yurisdiksiyasını ehtiva edən Roma əhdnaməsini 2023-cü ilin oktyabrında ratifikasiya edib.

Sənəd fevralın 1-də qüvvəyə minib.

Haaqa məhkəməsi 2023-cü ilin martında Ukrayna uşaqlarının Rusiyaya qanunsuz deportasiyasına görə prezident Vladimir Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovabarəsində həbs orderi verib.



Putinin həbsi öhdəliyi var

Bu isə o deməkdir ki, BCM-in yurisdiksiyasına daxil ölkələr, o cümlədən Ermənistan onları öz ərazisində həbs etmək öhdəliyinə malikdir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova demişdi ki, Ermənistan Roma statutunu “sırf siyasi” motivlə imzalayıb.

Yerevan isə bildirir ki, ölkənin Haaqa tribunalına qoşulması Azərbaycanın 2022-ci ilin sentyabrında Ermənistana qarşı “genişmiqyaslı təcavüzü” ilə bağlıdır.

Ermənistan rəsmiləri bildirirlər ki, ölkənin Haaqa məhkəməsinə üzvlüyü ona həmin quruma Azərbaycandan rəsmi şikayət etmək hüququ verir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar