Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

QHT Agentliyində yarım milyonluq söhbət - Aygün Əliyevanın səs yazısı yayıldı...

5-03-2024, 09:27   






Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü, jurnalist Mətanət Əskərqızı QHT-lərə Dövlət  Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevi yayılmış səs yazısını sosial media hesabında paylaşıb. Bu da ictimai müzakirələrə səbəb olub. A.Əliyevaya məxsus olduğu deyilən səs yazısında maxinasiyalar, yeyinti etiraf olunur. M.Əskərqızı həm də "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədridir. O, etdiyi paylaşımda Agentliyin icraçı direktorunu tənqid edib. Sitat: "Hələ belə axmaq məmura rast gəlməmişəm. Söz verdiyim kimi, QHT Agentliyinin icraçı direktorunun mənə də gəlib çatan səs yazısından birini paylaşıram. 
Digərlərini etika xatirinə yaymıram. Öz rəhbərliyini təhqir ifadələri olan səsi yaya bilmərəm. Amma aidiyyəti qurumlar istəsə təqdim edərəm. Bu artıq mənəviyyat məsələsidir.
Bu səs yazısında adam konkret olaraq etiraf edir ki, bizi yoxlasalar yarım milyon taparlar. İstəsələr taparlar bəli, yəni arxayındır ki, yuxarılar istəmir. İndi mənə maraqlıdır ki, yaxasını Agentlik üçün cıran media və QHT rəhbərləri nə yazacaq? Cavabı sadədir. Bu adamı himayə edənlər səslənən məbləğlərə şərikdirlər, əks halda bu məsələlər çoxdan həll olunmuşdu".
QHT rəhbəri qeyd edir ki, səs yazısında QHT-ləri aşağılayan ifadələrə gəldikdə isə bəlkə də düz deyir: "Qrant üçün vicdanını satan bəziləri həqiqətən ömür boyu layihə pulunu qırmaqla məşğuldur. Görün sizin haqqınızda nələr düşünülür, siz isə ....
Buradan Azay Quliyevə də səslənirəm. Bir dəfə səlahiyyətiniz çatanda həmin adamdan soruşun ki, sizin gizli videolarınızı niyə çəkib ora-bura ötürüb? Hamını düşmən etməklə, yalandan onun- bunun arasını vurmaqla nə əldə etmək istəyib?" 

Azər Talıbov 
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar