Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ukraynanın qələbəsi üçün 'Yeni Antanta'? - NATO ölkələri qoşunlarının Ukraynaya göndərilməsi...

9-04-2024, 08:16   



Ukrayna Rusiya ilə müharibədə mütləq qalib gəlməlidir, Qərb müttəfiqləri isə Rusiyanın məğlubiyyətini təmin etmək üçün daha çox səy göstərməlidirlər.

Britaniyada çıxan The Telegraph qəzeti yazır ki, tarixə Antanta adı ilə daxil olmuş Britaniya-Fransa hərbi-siyasi ittifaqının 120-ci ildönümünə həsr olunmuş birgə bəyanatda belə deyilir.

Bəyanatı Britaniya və Fransanın xarici işlər nazirləri Devid KemeronStefan Sejurne elan ediblər.

Qəzetin dərc etdiyi birgə bəyanatda daha sonra deyilir:

"Əgər Ukrayna uduzsa, biz hamımız uduzacağıq. Bizim indi Ukraynanı dəstəkləmək qabiliyyətimizin olmamasının bədəli - Putin təcavüzünün dəf edilməsinin bədəlindən ağır olacaq

Maraqlıdır ki, The Telegraph məqaləni "Yeni Antanta" adlandırıb.



NATO ölkələri qoşunlarının Ukraynaya göndərilməsi...

Məqalədə Kiyevə London və Paris tərəfindən göstərilmiş yardımlardan, o cümlədən Scalp və Storm Shadow raketlərindən, habelə Ukrayna pilotlarının təlimləndirilməsindən bəhs olunur.

Eyni zamanda vurğulanır ki, Ukraynanın dəstəklənməsi üçün bundan da çox səylər göstərilməlidir.

Məqalədə habelə fevral ayında Parisdə keçirilmiş müşavirə yada salınır. Həmin müşavirədə Ukraynaya NATO ölkələri qoşunlarının göndərilməsi məsələsi müzakirə olunmuşdu.

Kemeron və Sejurne habelə beynəlxalq terrorla mübarizənin mühümlüyünü önə çəkərək deyiblər ki, Putinin Ukraynaya qarşı təcavüzkar müharibəsinə baxmayaraq Fransa və Britaniya Crocus City Hall konsert zalına terror hücumu ilə bağlı Rusiya xalqı ilə həmrəylik bildiriblər.



Bugün də yaşayan dostluq

Nazirlər qeyd ediblər ki, Antantanın yaradılmasından 120 il keçməsinə baxmayaraq Fransa və Britaniya bugün də dostluqlarını qoruyub saxlayırlar, onların birgə tarixi isə hətta “ən ümidsiz günlərdə də” gələcəyə nikbinliklə baxmaq imkanı verir:

"İndiki çətinlikərimizin aradan qaldırılması üçün biz başqalarını arxamızla apara bilərik”.

Bu da qeyd olunur ki, Fransa-Britaniya ittifaqının 120-ci ildönümü münasibətilə bir sıra qeyri-adi mərasim və tədbirlər keçirilib.

Londonda Bukingem sarayındakı qarovul dəyişməsi mərasimində fransız hərbçilər, Parisdə Yelisey sarayındakı analoji mərasimdə isə britaniyalılar iştirak ediblər.

Daha sonra iki ölkənin himnləri – Marselyez və “Allah, kralı saxla” ifa olunub.

Historial de Péronne muzeyində saxlanan plakat 1907-ci ildə çəkilib
Historial de Péronne muzeyində saxlanan plakat 1907-ci ildə çəkilib

Antantanın tarixindən

Adı fransızca l’Entente cordiale" – "könül razılaşması” ifadəsindən yaranmış Antanta - Fransa və Britaniya arasında 1904-cü ildə bağlanmış hərbi-siyasi ittifaq idi.

Həmin ilin 8 aprelində imzalanmış bir sıra razılaşmalar vasitəsilə iki ölkə arasında müstəmləkələrə dair bir çox mübahisələr həllini tapıb.

Həmin vaxt artıq Fransa və Rusiya arasında belə bir müqavilə imzalamışdı. Beləliklə iki müqavilənin əsasında 1907-ci ildə Üçlü Antanta – Fransa, Rusiya və Britaniyadan ibarət ittifaq yaranıb.

1914-cü ildə başlanmış I Dünya Müharibəsində Mərkəz dövlətləri – Almaniya və onun müttəfiqləri ilə qarşıdurmaya da məhz bu ittifaq daxil olub.

Rusiya inqilabın ardınca Antantanı tərk erdikdən sonra yaranmış Fransa, Britaniya və ABŞ hərbi ittifaqı da Antanta adlandırılmaqda davam edirdi.

Amma Rusiyanın nə vaxtsa Antanta üzvü olması barədə Sejurne və Kemeronun birgə bəyanatında heç nə deyilmir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar