Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Paris Bakıdan səfirini geri çağırıb

17-04-2024, 15:19   







“Fransa son aylarda Azərbaycan tərəfindən ikitərəfli münasibətlərə xələl gətirən birtərəfli hərəkətlərin davam etdirilməsi ilə əlaqədar məsləhətləşmələr üçün Azərbaycandakı səfirini geri çağırmaq qərarına gəlib”. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin aprelin 16-da yaydığı məlumatda deyilir.

“Respublika Prezidenti bu gün səfirimizi bu münasibətlə qəbul etdi. O, Azərbaycanın hərəkətlərindən təəssüfləndiyini bildirib və Azərbaycan tərəfinin öz niyyətlərinə aydınlıq gətirməsini arzuladığını bildirib.

Fransa beynəlxalq hüquq normalarına və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyini bir daha bəyan edir”, - məlumatda qeyd olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi hələlik Parisin bu qərarını şərh etməyib.

Turan İnformasiya Agentliyi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar