Qanunsuz saxlanıldığını deyən sürücü yol polisindən Baş prokurora şikayət edir

28-05-2024, 10:14   



“Xahiş edirəm, polis adına ləkə gətirən belə məmurun özbaşınalığına son qoyasınız”

Bakı sakini Şəbnəm Topbaştekin deyir ki, bu il martın 23-də istifadəsində olan 77GS448 dövlət nömrə nişanlı “Ford Mustang” markalı avtomobil Yasamal rayonu, Qurban Xəlilov 4A küçəsində hərəkətdə olarkən DYP əməkdaşı tərəfindən saxlanılıb.

Avtomobili saxlayan yol patrul xidmətinin əməkdaşı ondan sənədlərini tələb edib.

Şəbnəm Topbaştekin Meydan TV-yə deyir ki, sürücülük vəsiqəsinin, nəqliyyat vasitəsinin şəhadətnaməsinin yoxlanılmasının yalnız stasionar postlarda həyata keçirildiyini bilsə də, mübahisə etməmək üçün sənədlərini təqdim edib.

Sürücü polisdən ad və soyadını, həmçinin rütbəsini söruşsa da, o, heç bir məlumat verməyib.

Polis əməkdaşı avtomobilin səsboğucusunda olan qaynaq izini göstərərək əlavə avadanlıq quraşdırıldığını iddia edib. Ona görə də sürücülük vəsiqəsini geri qaytarmayıb.

Bundan başqa, ona vəsiqəni əvəz edən müvəqqəti sənəd də verməyib.

Şəbnəm Topbaştekin deyir ki, yol polisinə avtomobildə hər hansı əlavə qurğu quraşdırılmadığını desə də, faydası olmayıb:

Avtomobilimdə heç bir avadanlıq, o cümlədən, səsboğucu dəyişdirməmişəm.  Həmin maşını 2023-cü ilin iyun ayında bir saytdan sifariş edib, almışam. Həmin model maşınlarda (2022 model Ford Mustang) olan səsboğucu mənim maşınımda olduğu kimidir. Maşın Azərbaycana gətirildikdə Dövlət Yol Polisi İdarəsində dövlət qeydiyyatına düşərkən, texniki baxışdan keçib, əgər səsboğucu normativ qaydalara uyğun olmasaydı, dövlət qeydiyyatından imtina olunardı. Bunları yol polisinə desəm də, nəticəsi olmadı. O, yol qaydasının pozulması haqqında heç bir maddə bildirmədi, heç bir protokol yazmadı. Mənə: “Bunun cəriməsi 800 manatdır, yerində ödə ki, maşınını aparmayım”, – dedi. Protokolsuz bu pulu məndən tələb etməklə qanunu pozduğunu xatırlatsam da, məhəl qoymadı”.

Onun sözlərinə görə, yol polisi ilə mübahisə etməyib və həmin vaxt onun avtomobilində olan iki xanımla birlikdə düşərək yaxınlıqdakı ünvana gedib. Geri qayıdanda isə maşını yerində tapmayıb:

Ətrafdaki tanışlardan maşınımı həmin yol patrul xidmətinin evakuatorla apardığını öyrəndim. Martın 26-da mən və yoldaşım DİN “102 Xidməti”nə dəfələrlə zəng edib maşının yol polisi tərəfindən evakuatorla aparılması barədə məlumat verdik. 24 saatdan çox müddət keçməsinə baxmayaraq polisdən geri dönüş olmadı, telefonuma protokol  haqqında mesaj da gəlmədi”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.